Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kapital Bank illik 8 faizdən başlayan sərfəli ipoteka krediti təklif edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Kapital Bank illik 8 faizdən başlayan sərfəli ipoteka krediti təklif edir

Kapital Bank illik 8 faizdən başlayan sərfəli ipoteka krediti təklif edir


“Kapital Bank”ın əməkdaşlıq etdiyi “PAŞA İnşaat” şirkətinin inşa etdiyi “K-Residence” layihəsinin mənzilləri daha sərfəli şərtlərlə əldə etmək mümkündür.

Bakı şəhəri, Nobel prospekti 151, “Ağ şəhər”də yerləşən premium sinfinə aid binadakı geniş və keyfiyyətli mənzilləri 20 ilədək müddətə, illik cəmi 8 faizdən başlayan şərtlərlə almaq olar. İpoteka kreditinin maksimal məbləği 500 min manatadək rəsmiləşdirilə bilər. Şirkətin təklif etdiyi mənzillər barədə ətraflı məlumat üçün (012) 599-90-09 və ya (051) 577-12 34 nömrələrinə müraciət etmək lazımdır.

Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq müəyyən edilir. İpoteka krediti üzrə müraciətləri (051) 250-99-99 vatsap nömrəsinə ünvanlamaq olar.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Geri dön