Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AzTU-da CRENG layihəsi çərçivəsində magistratura səviyyəsində yeni ixtisasa tələbə qəbulu aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > AzTU-da CRENG layihəsi çərçivəsində magistratura səviyyəsində yeni ixtisasa tələbə qəbulu aparılıb

AzTU-da CRENG layihəsi çərçivəsində magistratura səviyyəsində yeni ixtisasa tələbə qəbulu aparılıb


Azərbaycan Texniki Universitetində (AzTU) yeni açılan nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi ixtisasına 2021/2022-ci il tədris ili üzrə ilk dəfə olaraq magistratura səviyyəsində tələbə qəbulu aparılıb.

Bu barədə AzTU-dan məlumat verilib. Bildirilib ki, Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ KA2 proqramının “Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində yaradılan ixtisas üzrə AzTU-ya 6 magistrant qəbul edilib.

Qeyd edək ki, nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi ixtisaslaşması üzrə yeni və müasir tədris proqramı əsasında müvafiq təlim keçmiş professor-müəllim heyəti tərəfindən 13 fənn tədris ediləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə CRENG layihəsi çərçivəsində AzTU-da “Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarəedilməsi” ixtisaslaşması ixtisas siyahısına daxil edilib.

Universitetdə yeni ixtisas üzrə 2020/2021-ci tədris ili üçün “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” proqramının “Nəqliyyat logistikası” ixtisaslaşması üzrə pilot tədris təşkil edilib.

2020/2021-ci tədris ilinin yaz semestrində 5 fənn üzrə tədris müvəffəqiyyətlə yerinə yetirilib.

Geri dön