Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Ərtoğrol Cavidin bəstələdiyi romansın not yazısı əlyazmasının surəti Nizami Məqbərə Kompleksinə hədiyyə olunub
Ərtoğrol Cavidin bəstələdiyi romansın not yazısı əlyazmasının surəti Nizami Məqbərə Kompleksinə hədiyyə olunub |
Ərtoğrol Cavidin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi romansın not yazısı əlyazmasının surəti Nizami Məqbərə Kompleksinə hədiyyə olunub.
Bu barədə AMEA-nın Hüseyn Cavidin ev-muzeyindən məlumat verilib. Bildirilib ki, muzeyin əməkdaşları Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Məqbərəsi Kompleksi filialının Gəncə Regional Mədəniyyət İdarəsi ilə birgə təşkil etdiyi tədbirdə iştirak edib. Dahi şairin məqbərəsi önündə keçirilən toplantıda Hüseyn Cavidin övladı, Üzeyir Hacıbəyli və Bülbül kimi dahi musiqiçilərdən dərs alan Ərtoğrol Cavidin Nizami Gəncəvinin “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” misrası ilə başlayan qəzəlinə bəstələdiyi “Yar gəlmiş idi” romansının not yazılarının avtoqraf əlyazmasının surəti ictimaiyyətə təqdim edilib. Əsər haqqında məlumat verilərkən bildirilib ki, romans Nizaminin eyniadlı qəzəlinin əsasında 1941-ci ildə bəstələnib. Bəstənin ilk ifaçısı isə Əməkdar incəsənət xadimi Rauf Adıgözəlov olub. Geri dön |