Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Haşimi Rəfsəncaninin oğlu azadlığa buraxılıb
Haşimi Rəfsəncaninin oğlu azadlığa buraxılıb |
İranın sabiq prezidenti, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi dekabrın 16-da girov müqabilində azadlığa buraxılıb.Prokurorluq Mehdi Haşiminin sərbəst buraxılmasını istintaqın bitməsi ilə əsaslandırıb.
2009-cu ilin prezident seçkisi ərəfəsindəki debatların birində prezident Mahmud Əhmədinejad Haşimi Rəfsəncanini və onun oğlanlarını dövlət əmlakını mənimsəməkdə günahlandırmışdı. Prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyaları keçiriləndə Mehdi Haşimi müxalifət tərəfdarlarına qoşulmuş, sonra isə ölkəni tərk edərək Böyük Britaniyaya getmişdi. 3 il mühacirətdə yaşadıqdan sonra 2012-ci il sentyabrın 24-nə keçən gecə İrana qayıdan Mehdi Haşimi həmin günün səhəri Tehran prokurorluğuna çağırılaraq həbs edilmişdi. Onun bacısı Faizə Haşimi isə sentyabrın 22-də tutulub. Tehran məhkəməsi 2012-ci ilin yanvar ayında Faizə Haşimini 6 ay müddətinə azadlıqdan məhrum etsə də, o, həbsə salınmamışdı. Məhkəmə Faizə Haşimini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və “yaşıl hərəkat”ı dəstəkləməkdə günahlandırmışdı. Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti olub. Geri dön |