Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Oğuzlar qrupunundan soy adları təklifi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Oğuzlar qrupunundan soy adları təklifi

Oğuzlar qrupunundan soy adları təklifi


Quzey Azərbaycanda Bağımsızlığımızı qazanmamızdan illər keçsə də, Rus işğalı dönəmindən bizlərin özümüzü unutmaq,soy-kökənimizdən qoparılaraq yadlaşdırmaq,ruslaşdırmaq amacı ilə soyadlarımızın sonuna əklənmiş "-ov" ,"-yev"lər bu gün də yığışdırlmamış,böyük çoxunluqda işğal,özgələşdirmə nişanəsi olaraq qalmaqdadır.Bir Ulusun yaşaması,varlığı onun kimliyinin ortada olmasındadır.Bizlər yanlış yönləndirildik,yanlış anladıldıq və beynimiz düşmən siyasəti sonucu işğal edildi.İndi isə Özümüzə dönmək,Özümüzün varlığını ortaya qoymaq üçün dirənməmiz və bu düşmən siyasətinin önündə duruş gətirməmiz gərəkir.Oğuzlar qrupu olaraq soyadlarımızdan işğal və özgələşdırmə sonluqlarını olan "-ov" ,"-yev"ləri qaldırmağı,Özümüzə dönməmiz,Öz milli varlığımızı ortaya qoymamız üçün 24 Oğuz Türk Boylarının adlarını soyad olaraq almamızı önəririk.Bizlər bir dönüş etməli və düşmənlərin xain oyunlarını durdurmalıyıq.Soyadlarımıza 24 Oğuz Türk Boylarının adlarını gətirməklə öz milli kimliyimizi də ortaya qoymuş və sahiblənmiş oluruq.Oğuz Türk Boy adlarını sıralayırıq: Kayı, Bayat, Alka Evli, Qara Evli, Yazır, Dodurqa, Döğər, Yaparlu, Avşar, Bəydilli, Kızık, Qargın, Bayındır, Peçənək, Çavuldur, Çepni, Salur, Eymur, Ala Yundlu, Yürəgir, İğdır, Büğdüz, Yıva, Kınık . Özümüzə dönək-Öz olaq!

Geri dön