Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vətən müharibəsində əsgər və zabitlərimiz rəşadət göstərib, xalqımız həmrəylik nümayiş etdirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Vətən müharibəsində əsgər və zabitlərimiz rəşadət göstərib, xalqımız həmrəylik nümayiş etdirib

Vətən müharibəsində əsgər və zabitlərimiz rəşadət göstərib, xalqımız həmrəylik nümayiş etdirib


AMEA-nın Neft və Qaz İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə institutdan məlumat verilib. Tədbirdə çıxış edən institutun baş direktoru akademik Fəxrəddin Qədirov bildirib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə əsgər və zabitlərimiz rəşadət göstərib, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirib.

İnstitutun elmi işlər üzrə direktor müavini professor Vaqif Qurbanov dövlətimiz tərəfindən hər zaman mübariz oğul və qızlarımızın şücaətinin yüksək qiymətləndirildiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyini söyləyib.

Tədbirdə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının alınmasında şücaət göstərmiş Məhəmməd Dadaşov keçdiyi döyüş yolu barədə xatirələrini bölüşüb: “Həyəcan siqnalı verilir və harasa tələsən zabitlər, nələrisə daşıyan əsgərlər görürdüm. Onlara kömək edirdim, lakin yenə də nəyin baş verdiyini bilmirdim. Mənə sonradan “Müharibə başlayıb, gedirik” dedilər. Bunu eşidəndə çox qəribə hisslər yaşadım. Çünki hər birimizin borcudur ki, vətənimizə olan sədaqətimizi, borcumuzu ödəyək. Qəhrəman oğul və qardaşlarımız şəhidlik zirvəsinə çatdılar. Torpaqlarımızı işğalçılardan azad etdik. İnanıram ki, düşmən bizim dövlətimizin qüdrətini görüb bir daha cəsarətini toplayıb üzərimizə hücuma gələ bilməyəcək. Çünki biz onlara 44 gün ərzində Azərbaycan Respublikasının gücünü və cəsarətini göstərdik. Qarabağ Azərbaycandır!”

Tədbirdə çıxış edən institut əməkdaşları - Mahir Rəsulov, Ədalət Həsənov, Qadınlar Şurasının sədri Arzu Rüstəmli və üzvü Nübar Dilbazova Vətən müharibəsində qazanılan şanlı Qələbədən və Azərbaycan Ordusunun rəşadətindən söz açıblar.

Geri dön