Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Champions Chess Tour”: Teymur Rəcəbov Levon Aronyanı məğlub edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Champions Chess Tour”: Teymur Rəcəbov Levon Aronyanı məğlub edib

“Champions Chess Tour”: Teymur Rəcəbov Levon Aronyanı məğlub edib


Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin beşinci turunun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu turda ermənistanlı Levon Aronyan üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.

Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Geri dön