Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İtaliyada aktiv COVID-19 xəstələrinin sayı 100 mindən aşağı düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İtaliyada aktiv COVID-19 xəstələrinin sayı 100 mindən aşağı düşüb

İtaliyada aktiv COVID-19 xəstələrinin sayı 100 mindən aşağı düşüb


İtaliyada aktiv koronavirus (COVID-19) xəstələrinin sayı 100 mindən aşağı düşüb.

Son 24 saat ərzində ölkədə 65 nəfər koronavirus epidemiyasının qurbanı olub, bununla da indiyədək COVID-19-dan ölənlərin sayı 130 min 807-yə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saatda 338 min 425 test icra olunub və 2985 nəfərə COVID-19 diaqnozu qoyulub. Beləliklə, 2020-ci ilin fevral ayından bəri ölkədə virusa yoluxanların ümumi sayı 4 milyon 665 min 49-a yüksəlib.

Ölkədə aktiv COVID-19 xəstələrinin sayı ötən gün 2208 nəfər azalaraq 98 min 872-yə geriləyib. Virusdan sağalanların sayı isə 5105 nəfər artımla 4 milyon 435 min 370-ə çatıb.

Keçən il dekabrın 27-dən COVID-19-a qarşı geniş peyvənd kampaniyasının başladığı İtaliyada indiyədək 84 milyon 303 min 255 doza peyvənd vurulub. Vaksinasiya prosesini tamamlayanların sayı 42 milyon 190 min 584 nəfərdir. Cari il sentyabrın 20-dən isə ölkədə xərçəng xəstələri üçün peyvəndin üçüncü dozasının vurulmasına başlanılıb və bu vaxtadək 57 min 404 nəfər əlavə doza vaksin qəbul edib.

Geri dön