Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanın Zəlzələ bölgəsi qar altında qaldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Sosial > Güney Azərbaycanın Zəlzələ bölgəsi qar altında qaldı

Güney Azərbaycanın Zəlzələ bölgəsi qar altında qaldı


Güney Azərbaycanın Qaradağ bölgəsində aylar öncə baş verən dağıdıcı zəlzələ bölgəsində, həyat şəraiti dözülməz həddə çatıb.

Güney Azərbaycanın zəlzələ bölgəsinə yağan güclü qar onsuz da çətin olan həyatı iflic edib. Havanın hərarəti mənfi 7 dərəcəyədək düşüb.

Bu səbəbdən Ərdəbil vilayətinin Ərdəbil, Neyyir, Nəmin, Serayn və Hir şəhərlərində ibtidai və orta məktəblərdə tətil elan olunub. İki gün davam edən güclü qar nəticəsində zəlzələ bölgəsinə gedən yollar bağlanıb, çadırlarda yaşayan əhali, o cümlədən azyaşlı uşaqlar amansız şaxta ilə üz-üzə qalıb.

Heris şəhərinin ən ucqar kəndlərindən olan Zəngməlik kəndinin əhalisinə bu günə kimi dövlət tərəfindən yardımlar edilməyib. Maldarlıq və heyvandarlıqla məşğul olan Zəngməlik 12 evdən ibarət bir kənddir və kəndin 80 faizi zəlzələ nəticəsində tamamilə dağılıb. Məlumatda o da qeyd edilir ki, bu kəndin əhalisi içməli suyu on kilometr uzaqdan at belində daşıyır.

Xatırladaq ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə əsasən, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər xəsarət alıb. Zəlzələ 18500 evin dağılması və zədələnməsinə səbəb olub.

Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub. Noyabrın 7-də 57 nəfərin xəsarət alması ilə nəticələnmiş 5,2 bal gücündə yeni zəlzələ baş verib. Noyabrın 16-da isə 10 nəfərin xəsarət alması ilə nəticələnmiş 4,9 bal gücündə növbəti zəlzələ olub.
Zəlzələ bölgəsindən fotolar:

Güney Azərbaycanın Zəlzələ bölgəsi qar altında qaldı

Geri dön