Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Yaponiyanın ölkəmizdəki səfiri qubalı bağbanın qonağı olub
Yaponiyanın ölkəmizdəki səfiri qubalı bağbanın qonağı olub |
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada qubalı bağban Ramiz Kərimovun qonağı olub.
Bağı rayonun Birinci Nügədi kəndində olan sahibkar 15 ilə yaxındır yapon alma sortları becərir. Səfir Cuniçi Vada təsərrüfat sahibi ilə fikir mübadiləsi aparıb, Yaponiyadan gətirilən alma sortlarının məhsuldarlığı ilə maraqlanıb. Səfirə məlumat verilib ki, bol məhsul yetişən alma bağında yaxın günlərdə məhsul yığımına başlanacaq. Ramiz Kərimov bir hektar bağından hər il 25 tonadək məhsul əldə edir. Yapon almasının qiyməti də yerli məhsuldan bahadır. Digər almaların kilosu 1 manatdan aşağı olsa da, yapon almasının kiloqramı 1,5-2 manata satılır. Meyvə bağında 900-dək yeni sort alma ağacı var. Onların əksəriyyəti Yaponiyanın Yamanaşi bölgəsindən gətirilən “Fuci”, “Sakuray” və “Ramzes” sortlarıdır. Qeyd edək ki, 2006-cı ildən yaponiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparan Ramiz Kərimov uzaq şərq ölkəsində becərilən məhsuldar alma sortlarının tinglərini əldə edib. Həmin tingləri bağında əkərək calaq vasitəsilə çoxaldan bağban yetişən məhsulun yerli almalardan xeyli fərqləndiyinin şahidi olub. Qubanın hava şəraitinə uyğunlaşan alma həm dadına, həm də məhsuldarlığına görə yerli meyvələrdən fərqlənir. Bununla yanaşı, yapon alma sortları xəstəliklərə qarşı daha davamlıdır. Bağban meyvə bağları salarkən daim mütərəqqi üsullardan istifadə edir. Yaponiyalı mütəxəssislər də Ramiz Kərimovun qonağı olur və təsərrüfatçı ilə təcrübə mübadiləsi aparırlar. Geri dön |