Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GÜNEY XƏBƏRLƏRİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ

GÜNEY XƏBƏRLƏRİ


Abbas Lisaninin həyat yoldaşının müraciətlərinə baxılmır

Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin Həyat yoldaşı və bir qrup azərbaycanlı fəal Abbas bəyə vəkil tutmaq istəyirlər.
Onlar İki həftədən çox çoxdur bununla uğraşır, Ərdəbilin İnqilab Məhkəməsi və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə müraciət edirlər. Lakin bu günə qədər öz məqsədlərinə nail olmayıb və qaneedici cavab almayıblar.
Abbas bəyin yaxınlarından əldə etdiyimiz məlumata görə, xanım Ruqəyyə Lisani İnqilab Məhkəməsinə müraciət etdiyi zaman məsullarının kobud rəftarı ilə üzləşir və hətta son 1 həftədə məhkəmə keşikçisi onu idarəyə buraxmır.
Həmçinin xanım Ruqəyyə Lisani ETTELAAT idarəsindəndə cavab ala bilmədiyi üçün saatlarca idarənin qapısında gözləməli olur. Buna baxmayaraq, həç bir məlumat əldə edə bilmir. Son məlumata görə, ETTELAAT məmurları onu təhdid ediblər ki, bir daha idarənin qapısına gələrsə onu saxlaya bilərlər.
Xatırladaq ki, günümüzə qədər Abbas Lisani dəfələrcə uzun müddətli həbslərə məruz qalıb və saxlanıldığı ağır şəraitdən dolayı səhhətində ciddi problemlər yaranıb. O, son dəfə sentyabrın 9-u (şəhrivərin 18-i), Urmu Gölü ilə bağlı kütləvi yürüşlərin getdiyi bir zamanda Ərdəbil ETTELAATı tərəfindən tutuqlanıb, hələdə qanunsuz olaraq təknəfərlik kamerada (sellul) saxlanılır.


"Traxtur" takımı öz rəqibini məğlubiyyətə uğratdı

Bu gün 29.oktyabr 2011-ci il tarixində yerli vaxtla saat 16:00-da Təbrizin "Traxtur" futbol takımı (timi) ilə "Fəcr-i Sepasiye Şiraz" takımı arasında başlayan müsabiqə "Traxtur"un qələbəsi ilə sona çatdı.
İran üzrə superliqa rəqabətlərinin 12-ci həftəsində Şirazın Hafiziyyə stadionunda (stadyom) keçirilən müsabiqənin birinci hissəsində hər takım tərəfindən 1 qol vuruldu.
İkinci hissədə isə "Traxtur" takımı tərəfindən daha 1 qol vuruldu. Bununlada müsabiqə (2 – 1) hesabı ilə "Traxtur"un xeyirinə yekunlaşdı.
"Traxtur" oyunçuları Məhəmmədhəsən İbrahimi və Rudriqo Antunyu takımın xeyirinə qolları vurmağa nail oldular.


Azərbaycanlı fəal azadlığa buraxılıb

Azərbaycanlı fəal Sirus Qohəri Güney Azərbaycanın Qoşaçay (Minadoab) şəhərinin zindanından azadlığa buraxılıb.
Pantürkizm və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 illik həbsə məhkum edilən Qohəri, artıq məhkumluq dövrünü geridə qoyub.
O, həbs müddətini Soyuqbulaq (Mahabad) və Qoşaçay şəhərlərinin zindanlarında keçirib.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncə də müxtəlif formalarda İran rejiminin təzyiqlərinə məruz qalıb.


Əhmədinejad dələduzluq məsələsinə parlamentə hesabat verəcək

İran prezidenti Mahmud Əhmədinejad dələduzluq məsələsi ilə əlaqədar parlamentə hesabat verməyə çağırılıb.
Məlumata görə, söhbət Mahmud Əhmədinejadın başçılıq etdiyi hökumətin iqtisadiyyat nazirinin 3,2 milyard dollardan sui-istifadə etməsindən gedir.
Məsələ ondadır ki, saxta sənədlərlə dövlət şirkətlərinin alınması üçün iki dövlət bankından kredit götürülüb. Bununla əlaqədar noyabrın 1-dən iqtisadiyyat naziri Şamsoddin Hosseyni postunu tərk edəcək. Mahmud Əhmədinejad İran parlamentində hesabat verməyə çağırılan ilk ölkə prezidentidir.


XAMENEYİ BARZANİ İLƏ GÖRÜŞÜB

İran dini liderinin ofisindən edilən açıqlamaya görə Xameneyi, İraq 'ın quzeyindəki bölgəsəl rəhbərliyin başçısı Məsud Barzani' ni qəbul edərək bir müddət görüşdü.
Xamneyi, Barzani ilə görüşündə etdiyi danışmada, İraq 'ın birlik və bütünlüyünü, sabitliyinə dəstəklədiklərini ifadə etti.
İran və İraq xalqları arasındakı əlaqələri tarixi olaraq xarakterizə edən Xameneyi, iki ölkənin mövcud əlaqələrinin yaxşı olduğunu, ancaq gündən günə daha geniş bir sahədə inkişafı lazım olduğunu bildirdi.
Bərzani də çıxışında görüşdən məmnuniyyətini dilə gətirərək, İranın İraq xalqının yaxın dostu olduğunu söylədi.
Barzani, İran dövlətinin çətin günlərdə özlərinə etdiyi köməkləri unutmayacaklarını ifadə etdi.
İrana ikinci dəfə rəsmi səfər üçün gələn Bərzaninin Tehrandakı səfərinin sürdüyü bildirildi.

Geri dön