Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Respublika Gününün adının DƏYİŞDİRİLMƏSİ: "Burada siyasi yük də var" - Partiya sədri
Respublika Gününün adının DƏYİŞDİRİLMƏSİ: "Burada siyasi yük də var" - Partiya sədri |
“Biz o vaxt Müstəqillik Bəyannaməsini qəbul edərkən birmənalı şəkildə göstərdik ki, dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”.
Bu fikirləri “Müstəqillik haqqında” qanun layihəsində əksini tapan 28 May – Respublika Günü ilə 18 Oktyabr – Milli Müstəqillik Gününün adlarının Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü kimi dəyişdirilməsi məsələsi ilə bağlı fikirlərini bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib. Fərəc Quliyev müasir Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirərərk yeni layihənin məntiqli olduğunu vurğulayıb: “Prinsip etibarilə Respublika Günü elə Müstəqillik Günü deməkdir. Biz o vaxt Müstəqillik Bəyannaməsini qəbul edərkən birmənalı şəkildə göstərdik ki, dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz o müstəqilliyi elan etmişik, onun bütün atributlarını elan etmişik. Bu, məntiqdir, əslində. Respublika Gününün Müstəqillik Günü kimi qeyd olunması normaldır. Dünyanın hər yerində Müstəqillik Günü bu cür adlandırılır. Burada, məncə, təzadlı bir şey yoxdur. 18 oktyabrın da Müstəqilliyin Bərpası Günü kimi adlandırılması məntiqlidir. Çünki biz elan etməmişik, bərpa etmişik. Dövlətimiz olub, işğala məruz qalıb və biz onu yenidən elan etmişik. Burada siyasi yük də var. Rusiya prezidenti Vladimir Putin Krım məsələsi ilə bağlı belə bir fikir səsləndirmişdi ki, SSRİ-yə daxil olan bütün dövlətlər daxil olduqları ərazi ilə çıxmalıdırlar. Söhbət ondan gedir ki, Azərbaycan da SSRİ-nin tərkibinə daxil olunub. Sabah Zəngəzurla, İrəvanla bağlı hüquqi cəhətdən müəyyən məsələ qaldırmaq üçün bu, əlverişlidir. Burada pis bir şey görmürəm”. Aqil Bəkir/yenicag.az Geri dön |