Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənilərə daha bir tarixi sübut
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Ermənilərə daha bir tarixi sübut

Ermənilərə daha bir tarixi sübut


“Cənubi Qafqaz. 1903-cü il” xəritəsi nəşr olunub

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi nəşr olunub. Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib. 3 dildə - ingilis, rus və Azərbaycan dillərində nəşr olunan xəritənin həcmi 210 sm - 180 sm, nüsxə sayı isə hər bir dildə 25 min ədəddir.

Xəritə ümumilikdə bütün Qafqazı əhatə edərək 1903-cü ildə Qafqaz Hərbi Dairəsinin litoqrafiya və hərbi topoqrafiya şöbəsində tərtib olunub. Xəritə XX əsrin lap başlanğıcında nəşr olunduğu üçün bədnam qonşularımızın əsassız iddialarına cavab vermək üçün mühüm əhəmiyyətə malikdir. Xəritəyə baxan hər kəs görər ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan mənşəlidir. Ermənistanın saxtakarlıqları nəticəsində Sevan adlandırdığı göl burada Göyçə gölüdür. Bütün Ermənistan ərazisi türk mənşəli sözlərdən ibarətdir. Təkcə Ermənistan ərazisi deyil, Gürcüstan, Rusiya, İran və Türkiyə ərazisi də Azərbaycan mənşəli toponimlərlə zəngindir.

Qeyd edək ki, xəritə ölkə başçısı İlham Əliyevin “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşri haqqında” sərəncamına uyğun olaraq nəşr edilib.

Geri dön