Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ÜST: Əfqanıstanda 1,6 milyon doza peyvəndin istifadə müddəti bitir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > ÜST: Əfqanıstanda 1,6 milyon doza peyvəndin istifadə müddəti bitir

ÜST: Əfqanıstanda 1,6 milyon doza peyvəndin istifadə müddəti bitir


Əfqanıstanda koronavirusa qarşı 1,6 milyon doza peyvəndin müddəti bitmək üzrədir.

Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb və həmin kontingentin təcili şəkildə istifadə edilməli olduğunu bildirib. Qeyd edilib ki, avqust ayından bəri Əfqanıstanda koronavirusa qarşı test və peyvəndlərin həcmi ciddi şəkildə azalıb. Hazırda ÜST ölkənin azı 16 əyalətində yerli tərəfdaşlarla əməkdaşlıq edir və vaksinasiyanın səviyyəsinin qaldırılmasına çalışır.

ÜST tərəfindən verilən məlumata görə, sentyabr ayında ölkədə koronavirusla mübarizə aparan 37 klinikadan doqquzu bağlanıb. Səhiyyə sahəsində çalışan minlərlə insan aylardan bəri maaş ala bilmir və “Taliban” hərəkatı ölkədə hakimiyyəti ələ aldıqdan sonra səhiyyə sistemi çökməyə yaxındır.

Geri dön