Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Goranboyda suvarma zamanı su itkisinin qarşısını almaq məqsədilə lazımi tədbirlər görülür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Goranboyda suvarma zamanı su itkisinin qarşısını almaq məqsədilə lazımi tədbirlər görülür

Goranboyda suvarma zamanı su itkisinin qarşısını almaq məqsədilə lazımi tədbirlər görülür


Goranboyda su itkisinin qarşısını almaq məqsədi ilə rayon ərazisindən keçən Sol Sahil Tərtər su kanalının 7 kilometr torpaq hissəsinin beton üzlüyə alınması işlərinə başlanılıb. Həmçinin sakinlərin və fermerlərin suya olan tələbatının ödənilməsi üçün Prezident İlham Əliyevin Sərəncamı ilə rayon ərazisində 10 ədəd subartezian quyusunun qazılması da planlaşdırılıb.

Təsərrüfatların suvarılmasında kanallarla yanaşı, 16 nasos stansiyası və 958 subartezian quyusundan da istifadə edilir. Artıq bu nasos stansiyaları və subartezian quyular da Goranboy Suvarma Sistemləri İdarəsinin balansına verilib. Suvarılan sahələrin 6614 hektarı sahəsi mexaniki üsulla, yəni nasos stansiyaları, 37500 hektar əkin sahəsi isə subartezian quyuları vasitəsilə suvarılır.

Suvarılma zamanı problemlərin yaranmaması üçün nasos stansiyalarında və subartezian quyularda bəzi əsaslı və cari təmir işləri görülüb. Səfikürd nasos stansiyasının II pilləsində 800 kvt-lıq, eləcə də Qızılhacılı nasos stansiyasındakı 630 kvt-lıq, Boluslu nasos stansiyasındakı 315 kvt-lıq elektrik mühərrikləri əsaslı təmir olunub. Səfikürd nasos stansiyasının I pilləsindəki D-3200/75, Borsunlu nasos stansiyasının II pilləsindəki D-2000/100, Qızılhacılı nasos stansiyasındakı D-1250/125 markalı və Boluslu nasos stansiyasındakı D-630/90 markalı nasoslarda əsaslı təmir aparılması nəzərdə tutulub. Subartezian quyularının 520 nasosu əsaslı təmir olunub, 33-nə isə təzə nasos alınaraq quyulara quraşdırılıb. Həm kanalların beton üzlüyə alınmasında, həm də nasos stansiyası və subartezian quyularında görülən işlər sayəsində suvarma zamanı olan su problemləri aradan qalxır.

Arx və kanallarda növbəti suvarma mövsümünə hazırlıqla əlaqədar lildən və kol-kosdan təmizləmə işləri də aparılır.

Təzə subartezian quyularının rayonun Xınalı, Muzdurlar, Qaradağlı, Hazırəhmədli, Səfikürd, Əlirzalı, Qaramusalı kəndlərində və Qızılhacılı qəsəbəsində qazılması nəzərdə tutulub. Bu subartezian quyuları vasitəsi ilə ümumilikdə 315 hektar sahənin suvarılması planlaşdırılır.

Qeyd edək ki, rayon ərazisində suvarılan 66 572 hektar sahənin, 24 500 hektarı taxıl, 3000 hektarı pambıq, 15200 hektarı yem bitkiləri, 1900 hektarı bostan-tərəvəz, 3 534 hektarı bağ, 2670 hektarı günəbaxan, 5734 hektarı biçənək, 8200 hektarı həyətyanı, 2430 hektarı xəsil, 72 hektarı meşə, 5332 hektarı isə digər bitki sahələridir.

Geri dön