Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şuşa əzəli və əbədi mədəniyyət incimizdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Şuşa əzəli və əbədi mədəniyyət incimizdir

Şuşa əzəli və əbədi mədəniyyət incimizdir


Fərəc Quliyev: AXCP və Müsavat Partiyasının adından çıxış edənlər milli maraqlara qarşı olan xarici qüvvələrin “cib müxalifətidir”

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsinin, habelə tanınmış politoloq və siyasi şərhçilərin Şuşa şəhərinə səfərinin təşkil edilməsi bir daha ölkədə yeni siyasi konfiqurasiyanın qurulmasının, iqtidar-müxalifət dialoqunun müsbət dinamikasının göstəricisidir.

Səfərdə iştirak edən Milli Dirçəliş Partiyasının (MDP) sədri Fərəc Quliyev təəssüratlarını “İki sahil”lə bölüşərək bildirdi ki, Şuşaya getmək, o müqəddəs şəhərimizi ziyarət etmək qəribə hisslər yaradır: “Açığı torpağına ayaq basanda ehtiyatla ayaq basırsan, çünki Şuşanın hər qarışı uğrunda savaş gedib. Odur ki, bəlkə elə bura şəhid qanı tökülüb deyə, asta addımlayırsan. Biz Şuşanın azad olunmasına görə şəhidlərimizə, qazilərimizə, bütün xalqımıza minnətdarıq. Və təbii ki, bu əsrarəngiz qalamızın azad olunmasının əsas memarı olan Ali Baş Komandanımıza. İstənilən bir qala qurulanda bu işdə minlərlə insan işləyə bilər, ancaq onun bir memarı olur. Çox doğru zamanlama ilə Şuşanın azad olunması Azərbaycanın buxovlanmış əzəli və əbədi mədəniyyət incisinin əl-qolunu açdı, şanlı Qələbəmizin möhürünü vurdu. Birinci Qarabağ müharibəsində ermənilər yaxşı bilirdilər ki, ətraf ərazilərdə nə qədər yer işğal etsələr də, Şuşanı almadan bunun heç bir əhəmiyyəti yoxdur. Yəni, Şuşa bu qədər önəmli bir şəhərdir və əgər Şuşanı azad edə bilməsəydik, Qələbəmizin bu qədər böyük görüntüsünü təqdim edə bilməyəcəkdik. İstər hərbi-siyasi, istərsə də mənəvi cəhətdən bunun çox böyük əhəmiyyəti var idi. 30 il ərzində həmişə bayrağımızın Şuşaya sancılmasını arzulamışıq. Odur ki, mən azad olunmuş Şuşada çox möhtəşəm hisslər yaşadım, xalqımızın döyüşkənliyinin təsdiqini gördüm.”

MDP sədrinin fikrincə, bu səfərin siyasi yükünə görə çox böyük əhəmiyyəti var: “Siyasi partiyaların birlikdə Şuşaya getməsi onu göstərdi ki, Azərbaycan xalqının birliyinin qarşısında heç kəs və heç nə dayana bilməz. Çünki xalqımız qələbəni həm də daxildə gücünü bir araya gətirməklə əldə edə bilib. Cənab Prezidentin Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaratmasından, bu şöbəyə çox uğurlu kadr təyinatından sonra siyasi partiyalar arasında gedən danışıqlar, dialoq mühitinin yaranması həm müharibədən əvvəl və müharibə dövründə, həm də bu gün ortaq davranışımızı, gücümüzü nümayiş etdirir. Müharibə bitsə də postmüharibə dövrünün müəyyən çətinliklərinin aradan qaldırılması üçün ümummilli birliyin olması çox zəruridir.”

F.Quliyev bildirdi ki, Şuşa səfərinə bütün siyasi partiyalar dəvət olunub, ancaq iştirak etməyənlər də olub: “Orada çox sanballı bir heyət iştirak edirdi. İndi kimlərsə üzrlü səbəbdən getmiyibsə başqa, amma AXCP və Müsavat Partiyasının adından çıxış edənlər həmişə olduğu kimi yenə də milli məsələlərdə iştirak etmədilər. Niyə? Çünki onlar mütəmadi olaraq müharibədən əvvəl də, müharibə vaxtı da və elə indi də milli maraqlara qarşı olan xarici qüvvələrin “cib müxalifətidir”. Qalan bütün siyasi təşkilatların orada iştirakı onu göstərir ki, milli maraqlarda, milli məsələlərdə müxalifçilik yoxdur, olmamalıdır. Biz ortaq bir viziona malikik və qəbul edirik ki, ölkə Prezidenti cənab İlham Əliyev milli iradəni ifadə edir.”

Şuşaya getmək arzusu gerçəkləşdiyi üçün bu şəraiti yaradanlara bir daha təşəkkürünü bildirən partiya sədri azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən də danışdı: “Yol boyu gördük ki, böyük işlər görülür, Şuşada həyata keçirilən quruculuq fəaliyyəti sadəcə möhtəşəmdir. Bir il ərzində Füzuli Aeroportunun ərsəyə gəlməsi, böyük layihələr, yolların çəkilməsi, infrastruktur quruculuğu, azad olunmuş ərazilərimizdə hərbçilərimiz üçün yaradılan şərait, əhval-ruhiyyə onu göstərir ki, dövlətimiz çox doğru bir kurs götürüb və addım-addım bütün hədəflərimizə çatmaq üçün irəliləyir. Hesab edirəm ki, bütün siyasi partiyalar da öz resursları ilə bu fəaliyyətə dəstək verməlidir. Nümayiş etdirdiyimiz birlik həm daxili auditoriyaya, həm Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan erməni əsilli vətəndaşlara, həm də Ermənistana və bütün dünyaya çox ciddi mesajdır. Hər kəs dərk edəcək ki, Azərbaycanın bu ciddi birliyi qarşısında onun haqlı movqeyi ilə razılaşmamaq mümkün deyil.”

Mahir Rəsuloğlu, “İki sahil”

Geri dön