Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > “Region könüllüləri hərəkatında yeni mərhələ” layihəsinin icrasına başlanılıb
“Region könüllüləri hərəkatında yeni mərhələ” layihəsinin icrasına başlanılıb |
“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə təşkil olunan “Region könüllüləri hərəkatında yeni mərhələ” layihəsinin icrasına başlayıb.
İctimai Birlikdən bildirilib ki, layihənin məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və gənclərdə sosial məsuliyyət hissini artırmaqdan, eyni zamanda, sosialyönlü könüllülüyün təbliği və bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir. Bu məqsədlə təlimlərin 4-ü Zərdab rayonunda, biri Ağcabədidə və biri Ucarda təşkil edilməsi, həmçinin Zərdabda praktiki fəaliyyət olaraq tənha və ahıllarla görüşlərin keçirilməsi nəzərdə tutulub. Fəaliyyət planında nəzərdə tutulduğu kimi oktyabrın 10-da Zərdabda 12 nəfər gənclə bərabər ilk təlim baş tutub. Təlimdə Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) sədri Fuad Əliyev, Zərdab rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov qonaq qismində iştirak ediblər. İlk öncə “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli tədbiri açıq elan edərək, layihə haqqında məlumat verib. Sonra təlimdə iştirak edən Ağcabədi GİKM-in sədri Fuad Əliyev könüllülük haqqında danışıb və gənclərin sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinə təşviq olunması üçün həyata keçirilən bu kimi tədbirlərin və layihələrin təqdirəlayiq olduğunu bildirib. Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov könüllü fəaliyyət haqqında gənclərə məlumat verərək təşkilatın işinə uğurlar arzu edib və gəncləri könüllü fəaliyyətdə aktiv görmək istədiyini bildirib. İctimai Birliyin sədr müavini Eldar Xəlilov sosial könüllülük istiqamətində gəncləri məlumatlandırıb. Eyni zamanda, təşkilatın idarə heyətinin üzvü Şəhriyar Şükürzadə “Könüllü fəaliyyət haqqında” Qanunu gənclərin diqqətinə çatdırıb. Təlim zamanı gənclərə dəftər, qələm, papka, buklet və köynəklər paylanılıb. Çay süfrəsi zamanı bu istiqamətdə diskussiya aparılıb. Geri dön |