Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Canni De Byazi: Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Canni De Byazi: Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq

Canni De Byazi: Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq


Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Cəmi 3 gün əvvəl oyun keçirmişik. Daha hazırlıqlı olanlar oynayacaq.

Bunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya millisinin qonağı olacaq Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi oktyabrın 11-də təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis qeyd edib ki, üzərimdə hər hansı təzyiq hiss etmirəm. Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır.

"Oyun ərzində elə zərbələr olur ki, dəf olunması çətindir. Öncə qapımıza çox zərbə vurmağa imkan verməməliyik. Həyatda və futbolda hər şey bir günə həll olunmur. Bunun üçün müəyyən qədər vaxta ehtiyac var. Doğru yolda olduğumuza inanmaq və irəliləmək lazımdır. Gənc komandamız var. Bu uşaqlardan gələcəkdə yaxşı nəticə gözləyə bilərik”, - deyə baş məşqçi əlavə edib.

Millimizin futbolçusu Ramil Şeydayev deyib: “Qrupda itirəcək bir şeyimiz yoxdur. Ölkəmiz, ailəmiz, azarkeşlərimiz üçün oynamalıyıq, var gücümüzlə mübarizə aparmalıyıq. Biz bura elə-belə gəlməmişik. Ümid edirəm ki, sabah bizim üçün hər şey yaxşı olacaq. Çalışacağıq öz oyunumuzu oynayaq və qələbə qazanaq”.

Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Geri dön