Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “DÇ-2022”-nin seçmə mərhələsi: Türkiyə millisi son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “DÇ-2022”-nin seçmə mərhələsi: Türkiyə millisi son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb

“DÇ-2022”-nin seçmə mərhələsi: Türkiyə millisi son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb


Oktyabrın 11-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turuna start verilib.

Turun ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.

G qrupunda Türkiyə millisi səfərdə Latviya yığmasının qonağı olub. Oyunda hesabı Latviya yığması açıb. Oyunun 70-ci dəqiqəsində Merih Demiral avtoqola imza atıb. Altı dəqiqə sonra isə Serdar Dursun tarazlığı bərpa edib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Burak Yılmaz qoyub. Bu nəticədən sonra xallarını 15-ə çatdıran Türkiyə millisi 3-cü pillədəki mövqeyini qoruyub. Beş xalı olan Latviya isə 5-cidir. Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi darmadağın edib (6:0), 2-ci yerdə gedən Norveç isə Monteneqroya minimal hesabla qalib gəlib - 1:0.

J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edib. Səfərdə Şimali Makedoniyaya qalib gələn (4:0) Bundestim vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib. Buna Ermənistanın Rumıniyaya uduzması (1:0) səbəb olub. İslandiya isə Lixtenşteyn seçməsini darmadağın edib - 4:0.

Gün ərzində keçiriləcək görüşlərlərdə aşağıdakı hesablar qeydə alınıb:

E qrupu

Belarus – Çexiya - 0:2;

Estoniya – Uels - 0:1.

Qrupdakı vəziyyət: Belçika - 16 (6 oyun), Çexiya - 11 (7), Uels - 11 (6), Estoniya - 4 (6), Belarus - 3 (7).

G qrupu

Latviya - Türkiyə - 1:1;

Niderland - Cəbəllütariq - 6:0;

Norveç – Monteneqro - 2:0.

Qrupdakı vəziyyət: Niderland - 19, Norveç - 17, Türkiyə - 13, Monteneqro - 11, Latviya - 6, Cəbəllütariq - 0.

(Hər komandanın aktivində 8 qarşılaşma var).

H qrupu

Kipr – Malta - 2:2;

Sloveniya – Rusiya - 1:2;

Xorvatiya – Slovakiya - 2:2.

Qrupdakı vəziyyət: Rusiya - 19, Xorvatiya - 17, Sloveniya - 10, Slovakiya - 10, Malta - 5, Kipr - 5 (Hər komandanın aktivində 8 qarşılaşma var).

J qrupu

Şimali Makedoniya – Almaniya - 0:4;

Rumıniya - Ermənistan - 1:0;

İslandiya – Lixtenşteyn - 4:0.

Qrupdakı vəziyyət: Almaniya - 21, Rumıniya - 13, Şimali Makedoniya - 12, Ermənistan - 12, İslandiya - 8, Lixtenşteyn - 1.

(Hər komandanın aktivində 8 qarşılaşma var).

Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda birinci yeri tutan komandalar qazanacaqlar. İkinci pilləni tutan 10 ölkə UEFA Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan üç vəsiqənin sahibini müəyyənləşdirəcək.

Geri dön