Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AXCP və Müsavatın bu addımlarının adı xəyanətkarlıq və ləyaqətsizlikdir - Fərəc Quliyev
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > AXCP və Müsavatın bu addımlarının adı xəyanətkarlıq və ləyaqətsizlikdir - Fərəc Quliyev

AXCP və Müsavatın bu addımlarının adı xəyanətkarlıq və ləyaqətsizlikdir - Fərəc Quliyev


İkisahil.TV-nin bugünkü müsahibi Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyevdir

- Oktyabrın 7-də Azərbaycanda fəaliyyət göstərən 43 siyasi partiyanın, habelə tanınmış politoloq və siyasi şərhçilərin Şuşa şəhərinə səfəri təşkil edildi. Səfər zamanı gördüyünüz mənzərəni necə şərh edərdiniz?

- Şuşaya getmək arzusu gerçəkləşdiyi üçün bu şəraiti yaradanlara bir daha təşəkkür edirəm. 30 il ərzində həmişə bayrağımızın Şuşaya sancılmasını arzulamışıq. Odur ki, mən azad olunmuş Şuşada çox möhtəşəm hisslər yaşadım, xalqımızın döyüşkənliyinin təsdiqini gördüm.” Siyasi partiya rəhbərlərinin birlikdə Şuşaya getmələri onu göstərdi ki, heç bir qüvvə Azərbaycan xalqının birliyinin qarşısında dayana bilməz. Çünki xalqımız qələbəni həm də daxildə gücünü bir araya gətirməklə əldə edə bilib. Cənab İlham Əliyevin Prezident Adminstrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaratmasından, bu şöbəyə çox uğurlu kadr təyinatından sonra siyasi partiyalar arasında gedən danışıqlar, dialoq mühitinin yaranması həm müharibədən əvvəl, həm müharibənin gedişində, həm də postmüharibə dövründə ortaq davranışımızı, gücümüzü nümayiş etdirdi. Müharibə bitsə də postmüharibə dövrünün müəyyən çətinliklərinin aradan qaldırılması üçün ümummilli birliyin olması çox zəruridir.”

- Şuşa səfərinə bütün siyasi partiyalar dəvət olunmasına baxmayaraq yenə də iştirak etməyənlər tapıldı. Belə ki, AXCP və Müsavat səfərdə iştirakdan imtina etdilər. Sizcə, onların bu mövqeyinə nə ad vermək olar?

Səbəbi aydındır. Onlar mütəmadi olaraq müharibədən əvvəl də, müharibə vaxtı da və elə indi də milli maraqlara qarşı olan xarici qüvvələrin «cib müxalifətidir». Onlar istər Vətən müharibəsi, istərsə də dövlətçilik dirəklərimizin daha da möhkəmləndirilməsi üçün imzalanan Şuşa Bəyannaməsinin qəbul olunmasında da siyasi partiyaların dəstək bəyanatlarına imza atmadılar. Onların bu addımlarının adı xəyanətkarlıq və ləyaqətsizlikdir. Ölkədə olan bütün siyasi təşkilatların iştirakı aydın göstərir ki, milli maraqlarda, milli məsələlərdə müxalifçilik yoxdur, olmamalıdır.

- İşğaldan azad olunmuş torpaqlarımızda tam sürəti ilə davam edən bərpa-quruculuq işlərinin intensivliyini necə qiymətləndirirsiniz?


- Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul idilər. Lakin möhtərəm Prezidentimizin də öz çıxışlarında qeyd etdiyi kimi, onlar bütün bu müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Bu torpaqların əsl sahibləri isə həmin ərazilərdə bu gün yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələcəyini təmin etmək üçün işlər görürlər.Şuşada həyata keçirilən quruculuq fəaliyyəti sadəcə möhtəşəmdir. Bir il ərzində Füzuli Aeroportunun ərsəyə gəlməsi, böyük layihələr, yolların çəkilməsi, infrastruktur quruculuğu, azad olunmuş ərazilərimizdə hərbçilərimiz üçün yaradılan şərait, əhval-ruhiyyə onu göstərir ki, dövlətimiz çox doğru bir kurs götürüb. Hesab edirəm ki, bütün siyasi partiyalar da öz resursları ilə bu fəaliyyətə dəstək verməlidir. Nümayiş etdirdiyimiz birlik həm daxili auditoriyaya, həm də bütün dünyaya ciddi mesajdır.

- Son günlər Azərbaycan və İran arasında gərginlik artır. İranın Azərbaycana qarşı riyakar münasibət göstərməsi İslama ziddir. Özünü İslam dövləti elan edən İranın bizim yanımızda deyil, düşmənimizin yanında yer almasını necə xarakterizə edərdiniz?

- Tarix boyu olduğu kimi, İran yenə də Ermənistana dəstəyi davam etdirir və hətta bunu açıq-aşkar nümayiş etdirir. İran Türkiyənin bölgəyə gəlməsindən də narahatdır. Bununla yanaşı, İran sərhədlərimizə gəmilər göndərərək bizi təhdid etməyə çalışdı. Lakin Azərbaycan 30 il əvvəlki ölkə deyil. Biz İranın bütün təhdidləri zamanı qarşılarında dimdik dayandıq. Azərbaycan haqlı olaraq öz ərazisindən keçən yolu nəzarətə götürərək, İranın qanunsuz hərəkətlərinin qarşısını aldı. Cənub qonşumuz rəsmən Azərbaycanın ərazi bütövlüyünə tərəfdar çıxsa da, praktiki fəaliyyəti ilə, iqtisadi, hərbi, maliyyə yardımı göstərməklə Ermənistanın ayaqda qalmasına imkan verir. İran uydurma «erməni soyqırımı» iddialarını rəsmən qəbul etməsə də, öz ölkəsində medianın erməni diasporunun geniş ideoloji fəaliyyətini işıqlandırmasına tam şərait yaradır. İranda ermənilərin bu fəaliyyətlərinə qarşı çıxan İran azərbaycanlılarının reaksiyasına isə əhəmiyyət verilmir. Cənubda yaşayan soydaşlarımız aksiyalarda dəfələrlə «İran, murdar ermənini qucağından burax», «Şuşanı ermənilərə İran hakimiyyəti satıb» kimi şüarlar səsləndirsələr də hər dəfə onların haqq səsləri batırılıb. Müşahidələr göstərir ki, artıq İran özü dalana dirənib, çarəsizlikdən əl-qol atır.

Şəmsiyyə Əliqızı,Könül Əliyeva, «İki sahil»

Geri dön