Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Zaman və şərtlər İranın əleyhinə işləyir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Zaman və şərtlər İranın əleyhinə işləyir”

“Zaman və şərtlər İranın əleyhinə işləyir”


“Azərbaycan 30 il əvvəlki deyil və bütün davranışlara adekvat cavab vermək imkanına malikdir”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycan ilə bağlı söylədiklərinə münasibət bildirib. L.Abdullayeva qeyd edib:

“"Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb".Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100 000 dən çox Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur.

Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmamışdır.Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.

Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib".

İranın davranışları barədə “Sherg.az”a açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, 2010-cu ildə parlamentdə ilk çıxışı “Türkmənçay” müqaviləsinin qüvvədən düşməsinin tanınması ilə bağlı olub:

“Bunu İranın hərəkətləri ilə əsaslandırmışam. Yəni İranın bu gün etdikləri yeni deyil, onların Azərbaycanla bağlı institutlaşmış bir siyasəti var. Məqsədləri dövlətimizin qüdrətini görməmək, Azərbaycanın yer üzündən silməsinə nail olmaqdır. Bu gün İranın narahtılığından biri özünə inamın olmamasıdır. Çünki qorxurlar.

Artıq sərhəddə güclü Azərbaycan dövlətinin olduğunu görürlər. Əslində etdikləri pisliklər erməni sevgisindən irəli gəlmir.

Digər dövlətlər Azərbaycana qarşı çıxsa, İran həmin ölkə ilə yaxınlaşmağa cəhd edər. Birinci və İkinci Qarabağ savaşı dönəmində İranın əleyhimizə etmədiyi qalmadı. Lakin Azərbaycan Prezidenti fərqli davrandı.

Torpaqlarımız azad edildikdən sonra Xudafərin yaxınlığında mesaj verib söylədi ki, “bura dostluq və qardaşlıq münasibətlərini qurmaq üçün bir körpü olacaq”.

Ölkə başçısı o zamana qədər İranın etdiklərinin üstündən keçdi ki, normal davransınlar. Buna baxmayaraq, yenə də ağıllarını başlarına yığmadılar.

Ona görə də Azərbaycan XİN-nin mövqeyi tamamilə doğrudur. Zaman və şərtlər İranın əleyhinə işləyir. Azərbaycan 30 il əvvəlki deyil və bütün davranışlara adekvat cavab vermək imkanına malikdir”.

Yeganə Bayramova/sherg.az


Geri dön