Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > 22 dekabr Fərəc Quliyevin ad günüdür. Millət vəkilini 50 illik yubileyi münasibətilə təbrik edirik.
22 dekabr Fərəc Quliyevin ad günüdür. Millət vəkilini 50 illik yubileyi münasibətilə təbrik edirik. |
Fərəc Quliyev: "Həmişə demişəm ki, ermənilərlə danışığa ehtiyac yoxdur"
"Mən Milli Dirçəliş Hərəkatı Partiyasının mənafeyini və istəklərini ölkəmizin mənafeyi və istəklərinə uygunlaşdıraraq reallaşmasını istəmişəm. Fərdi şəkildə xoşbəxtliyi də millətin və dövlətin xöşbəxtliyi içində axtarmağın tərəfdarı olmuşam. Bu, bizim şuarımızdır. Azərbaycanda hər bir vətəndaş öz xoşbəxtliyini dövlətin içində axtarmalıdır" - Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev bildirib ki, ətrafında kasıb dövlətlər, dünyada terror varsa, hər hansı xoşbəxtlikdən danışmaq mümkün deyil: "11 sentyabr hadisələri də bunu sübut etdi. ABŞ kimi nəhəng dövlətdə böyük dağıntılar baş verdi. Bu mənada partiyalarnı fərdi şəkildə uğurları cəmiyyətin uğurlarına bağlıdır. Biz pozitiv mənada cəmiyyətin dəyişməsində maraqlıyıq. Davamız masa davası deyil, istəyirik düşüncəmiz hakimiyyətdə olsun. Bu il çox çalışdıq. 2012-ci il partiyamızın inkişaf dövrü kimi yadda qaldı. Azərbaycan özü də bir çox düşmənləri ilə qarşı-qarşıya oldu. Hesab edirəm, qlobal maliyyə böhranlarının olduğu bir dönəmdə ölkəmizin ayaqda durması mühüm idi. Doğrudur, Qarabağ danışıqlarında sıxıntılarımız vardı, münaqişənin dinc vasitələrlə nizamlanmasına heç bir irəliləyiş olmadı. Bu, əvvəldən də gözlənilən idi. Mən həmişə demişəm ki, ermənilərlə heç bir danışığa ehtiyac yoxdur. Danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk Qrupu dəyişilməlidir. Habelə Birləşmiş Millətlər Təşkilatının məlum qətnamələrinin həyata keçirilməsi üçün ona uyğun hüquqi addım atılmalıdır. Hesab edirəm ki, son diplomatik addımlar buna kurs götürüb. Mən parlamentdə də belə fikirlər səsləndirdim ki, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin həyata keçməsi üçün 42 və 43-cü maddələrin, hərbi və qeyri-hərbi sanksiyaların tətbiqi məsələləri gündəmə gəlməlidir. Əgər Ermənistan tərəfi əvvəldən təcavüzü planlaşdıran siyasət yürüdürsə, türk torpaqları hesabına uydurma "Böyük Ermənistan" iddiasındadırsa, bu ölkə rəhbərliyi ilə danışıqlar aparmağa dəyməz. Azərbaycan birmənalı şəkildə gücünü toparlamalıdır, Birləşmiş Millətlər Təşkilatının qətnamələri həyata keçirilərsə, bunun ciddi nəticələri olacaq". Deputat qeyd etdi ki, ölkəmiz bu il həm iqtisadi göstəricilərinə, həm qanunvericilik təşəbbüsləri baxımından əhəmiyyətli, ciddi qanunların qəbuluna görə, mövcud vəziyyətə tam adekvat olmasa da, sosial situasiyanın dəyişilməsi, yeni iş yerlərinin açılması, abadlıq məsələlərilə əlaqədar müəyyən işlər görülüb: "Amma təbii ki, bunlar kifayət deyil". Onun sözlərinə görə, parlamentin qanunvericilik təşəbbüsləri ilə çıxış etməsi, habelə bir sıra qanunların qəbulu ilə əlaqədar normal davranışlar olub: "Hesab edirəm ki, bizim kamil qanunvericilik bazamız var. Onun həyata keçirilməsi üçün hakimiyyət qollarının hamısı - məhkəmə, icra və qanunverici orqan birlikdə çalışmalıdır. Həmin istiqamətdə müəyyən işlər görülməlidir. Bütün bunlara baxmayaraq, bir sıra sahələrdə boşluqlar mövcuddur. Məsələn, biz hələ Qarabağla bağlı daimi komitənin yaradılmasına nail olmadıq. Yaxud dinləmələrin keçirilməsinə müvəffəq ola bilmədik. Yaxud veteran və şəhid ailələri ilə bağlı dövlət komitəsinin yaradılması təklif etmişdim, amma təşəbbüs həyata keçmədi. Maaşların artırılması da əsas təkliflərimdən biri idi. Təşəbbüslərimizin bir hissəsi reallaşmasa da, hər halda həyata keçənləri də var. Parlamentdə bir qrup deputat fəallıq nümayiş etdirdi. Hesab edirəm ki, qanunverici orqan üzvlərinin 80 faizi o qədər də fəal olmadı, bu da var. Düşünürəm ki, Milli Məclisin işlək və normal çalışması üçün proporsional və mojaritor sistemin birgə tətbiqinə ehtiyac var. Belə olarsa, cəmiyyətdə partiyaların gücü də müəyyənləşər və düşüncəni ora daşımaq da rahat olar. Mübarizələri meydanlardan parlamentə daşımaq olar". P.S. “22 dekabr Fərəc Quliyevin ad günüdür.Millət vəkilini 50 illik yubileyi münasibətilə təbrik edirik. Anar Tağıyev "Gündəlik Bakı" qəzeti Geri dön |