Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa İttifaqı Əfqanıstan əhalisi üçün 1 milyard avroluq yardım paketini təsdiqləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Avropa İttifaqı Əfqanıstan əhalisi üçün 1 milyard avroluq yardım paketini təsdiqləyib

Avropa İttifaqı Əfqanıstan əhalisi üçün 1 milyard avroluq yardım paketini təsdiqləyib


Avropa İttifaqı (Aİ) bu gün Əfqanıstan xalqının və qonşu ölkələrin birbaşa xeyrinə olan əsas ehtiyacların təmin edilməsi üçün ünvanlı dəstəyin təqdim edilməsi ilə birlikdə 1 milyard avroluq humanitar yardımın ayrılması barədə qərar verib

Xarici KİV-lərə istinadla xəbər verir ki, bu paket humanitar məqsədlər üçün artıq razılaşdırılmış 300 milyon avronu ehtiva edir. Bu humanitar dəstək vaksinasiya, sığınacağın verilməsi, eləcə də mülki şəxslərin və insan hüquqlarının müdafiəsi üçün əlavə ixtisaslaşmış dəstəklə müşayiət olunur.

Avropa Komissiyası, xüsusən də sağlamlıq sahəsində, təxirəsalınmaz ehtiyaclar üçün Əfqanıstan xalqına humanitar yardım üçün ayrılan 250 milyon avro məbləğində Əfqanıstan üçün vəsaitin istifadəsini mümkün etmək üçün də çalışır.

Bu maliyyələşmə yerli əhalinin birbaşa dəstəklənməsi üçün ayrılacaq və Avropa İttifaqı xarici işlər nazirlər tərəfindən sentyabrın 21-də razılaşdırılmış Şura Nəticələrində ifadə olunmuş kompromis prinsiplərinə riayət olunmaqla yerlərdəki beynəlxalq təşkilatlara göndəriləcək.

Əfqanıstanın yaxın qonşuları ölkəni tərk etmiş qaçqınların təhlükəsizliyini birinci təmin etdilər və onlara miqrasiyanın idarə edilməsinin dəstəklənməsi, eləcə də terrorizmin qarşısının alınması, mütəşəkkil cinayətkarlıqla mübarizə və miqrant qaçaqmalçılığına qarşı mübarizə sahəsində əməkdaşlıq üçün əlavə vəsait ayrılmışdı.

Ümumilikdə, Əfqanıstan xalqının dəstəklənməsinin müxtəlif istiqamətləri təxminən bir milyard avro təşkil edəcək.

Rəsmi açıqlama, bu gün Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən İtaliyanın Əfqanıstanla bağlı keçirilən G20-nin növbədənkənar video konfransı zamanı veriləcək.

Geri dön