Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > “Araz Vadisi İqtisadi Zonası” layihəsi Cəbrayıl və qonşu rayonların inkişafı üçün önəmli hadisədir
“Araz Vadisi İqtisadi Zonası” layihəsi Cəbrayıl və qonşu rayonların inkişafı üçün önəmli hadisədir |
2020-ci ilin 4 oktyabr tarixi Cəbrayıl rayonunun işğaldan azad olunması ilə tarixə düşdü. Bu həm də ilk rayon mərkəzinin işğaldan azad edilməsi idi. Əslində Cəbrayılın azad olunması prosesinə beş il bundan əvvəl start verilmişdi. Aprel döyüşləri nəticəsində strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlı kəndinə insanların qayıdışını təşkil etmək üçün imkan əldə edilmişdi. Prezident, Müzəffər Ali Baş Komandanın İlham Əliyevin rəhbərliyi altında bu kənd yenidən müasir şəkildə quruldu, çox qısa zamanda Cocuq Mərcanlıya həyat yenidən qayıtdı. Cocuq Mərcanlıya qayıdış Qarabağa Böyük Qayıdışın başlanğıcı idi.
Bunu Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri səlahiyyətlərini icra edən İlqar İlyasov deyib. İ.İlyasov bildirib ki, Cəbrayılın işğaldan azad edilməsi Azərbaycan xalqının tarixində əbədi qalacaq. Çünki bu Qələbənin çox böyük mənası var idi. İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, bizim ordumuza əlavə güc verdi, inam verdi. Cəbrayılın işğaldan azad edilməsinə çox böyük qəhrəmanlıq və fədakarlıq nəticəsində nail olunub. Düşmən 30 ilə yaxın müddətdə burada bir neçə xətdən ibarət istehkamlar qurmuş və bu istehkamlar zaman-zaman möhkəmləndirilmişdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, bütün cəbhə böyu ölümə atılmışdılar. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonların azad olunması üçün uğurlu addımların atılması mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə orada olarkən sosial obyektlərin, yaşayış kompleksinin, eləcə də “Araz Vadisi İqtisadi Zonası”nın təməlini qoydu. Bu layihə həm Cəbrayıl rayonunun, həm də qonşu rayonların sosial-iqtisadi inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrılıb. İlkin investorlar da müəyyən olunub. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin açılışı böyük perspektivə malik olan layihədir. Artıq Rusiya şirkəti bu bölgəyə investisiya qoymağa başlayıbdır. İlqar İlyasov qeyd edib ki, müharibə başa çatandan sonra regionda artıq yeni reallıqlar yaranıb. İndi Azərbaycan bərpa işlərinə start verib. Dost dövlətlər və onların aparıcı şirkətləri bu prosesdə - quruculuq işlərində bizimlə birlikdə çalışırlar. Dövlət başçısının dediyi kimi, bu işlər ilk növbədə, insanlar üçün edilir. İşğaldan əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar bundan sonra ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. “Əslində biz bu qələbəyə asan nail olmadıq. İşğaldan sonrakı dövrdə atılan bütün addımlar və qəbul olunan qərarlar - Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları, neft-qaz, nəqliyyat sahələrindəki təşəbbüslər, ölkə iqtisadiyyatının canlandırılması, Neft Fonduna valyuta ehtiyatlarının toplanması, xarici siyasət, böyük dövlətlərlə, qonşu dövlətlərlə münasibətlərimiz - bütün bu işlər bir məqam üçün hesablanmışdı. O məqamı dəmir yumruğa sahib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yaxşı bilirdi. 2020-ci il sentyabrın 27-də erməni faşistlərinin başladığı təxribatlara əks hücum əməliyyatı ilə cavab əmrini verəndə də o qələbənin labüd olduğunu, Zəfər gününün uzaqda olmadığını bilirdi. Azərbaycan ordusu Ali baş Komandanın ətrafında birləşərək, hər bir əmri dəqiqliklə yerinə yetirərək 44 gündən sonra Zəfəri xalqımıza yaşatdı", - deyə İlqar İlyasov bildirib. Geri dön |