Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Siyasilərdən dövlətin xüsusi günləriylə bağlı ad dəyişikliyinə münasibət
Siyasilərdən dövlətin xüsusi günləriylə bağlı ad dəyişikliyinə münasibət |
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də burada təzadlı bir şey olmadığını deyib:
"Respublika günü” sözü əslində "Müstəqillik günü” sözü ilə üst-üstə düşür. Bu mənada indi atılan addım məntiqlidir. 1991-ci ildə müstəqilliyin bərpasını bəyan edəndə göstərmişik ki, yaranan dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu o deməkdir ki, müstəqil olmuşuq və onu yenidən bərpa edirik. O, mənada 18 oktyabrın Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsinin əhəmiyyəti var”. Partiya sədri deyir ki, bu addım dövlətçilik ənənəsinin qorunması baxımından əhəmiyyətlidir: "Rusiya prezidenti Krımı nəzərdə tutaraq deyirdi ki, hansı dövlət SSRİ-yə hansı sərhədlərlə daxil olubsa, bu sərhədləri daxilində də çıxmalıdır. Bunu belə qəbul etməklə müstəqil dövlətimizin olduğunu, onun tanındığını təsbit edirik. Belədə SSRİ-yə məcburən daxil edildikdə dəyişən sərhədlərimizin hüquqi cəhətdən istədiyimiz zaman iddiasını qaldıra bilərik”. F. Quliyev bununla belə, 28 may kimi, 18 oktyabr tarixinin də qeyri-iş günü kimi qəbul olunmasının tərəfdarı olduğunu bildirib. Rüfət Sultan/qaynarinfo.az Geri dön |