Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanı bölən Gülüstan müqaviləsinin imzalanmasından 208 il ötür: “Bu sənədin qüvvədən düşdüyü elan olunmalıdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanı bölən Gülüstan müqaviləsinin imzalanmasından 208 il ötür: “Bu sənədin qüvvədən düşdüyü elan olunmalıdır”

Azərbaycanı bölən Gülüstan müqaviləsinin imzalanmasından 208 il ötür: “Bu sənədin qüvvədən düşdüyü elan olunmalıdır”


Azərbaycanı ikiyə bölən bu bədnam razılaşmanın imzalanmasından 206 il ötür. 1747-ci ildə Azərbaycan hökmdarı Nadir şahın ölümündən sonra onun qurduğu Avşar dövləti süquta uğramış, Dərbənddən Həmədana qədər olan bütöv Azərbaycan ərazisində 19 xırda feodallıq-xanlıqlar yaranmışdı. Bu zaman güclənməkdə olan Rusiya imperiyası Qafqaza ayaq açmağa başlamışdı.

Onlar quzeyli-güneyli Azərbaycanı işğal edərək Kəngər körfəzinə çıxmaq, İstanbulu alaraq isə boğazlara sahib olmaq istəyirdilər. Bu zaman Azərbaycanın güneyində Qacar sülaləsi ətrafında birləşmə başlamışdı. Türk qacarlar mərkəzləşdirmə siyasəti aparırdı. Amma yenicə qurulmuş dövlət o qədər güclü deyildi.

Tərslikdən bu sülalənin ən qüdrətli dövlət xadimi Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada öldürüldü.

Bu durumdan məharətlə yararlanan Rusiya Azərbaycanın şimalında bir sıra sultanlığı və xanlığı öz tərkibinə daxil etmişdi. Ordunu fransız zabitlərinin köməyi ilə modernləşdirən Qacarlar Səfəvi sərhədlərinin xeyli hissəsini bərpa etmişdilər. Lakin rus ordusu daha modern və güclü idi. Ən pisi o idi ki, Qacar taxtında iradəsiz Fətəli şah oturmuşdu. 1804-1806-cı illər Qacar dövləti-Rusiya savaşı ikincilərin xeyrinə başa çatdı.

Fətəli şah sülh müqaviləsini imzalamağa məcbur oldu.

Müqavilə 12 oktyabr 1806-cı ildə Azərbaycanın Gülüstan kəndində imzalandı. Müqaviləyə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verildi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlanmışdı.

Anlaşmanı Rusiya tərəfindən Nikolay Rtişşev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzalamışdı.

Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Gülüstan muqaviləsində Qacarlar tərəfindən təsdiq edilməsinə nail oldu.

1826-1828-ci illə Rusiya-Qacar müharibəsindən sonra isə başqa bir bölücü müqavilə imzalandı. Türkmənçay sülhü ilə Naxçıvan və İrəvan xanlıqları da Rusiyanın tərkibinə keçdi.

Son vaxt İranın Azərbaycana qarşı aqressivliyi fonunda Gülüstan və Türkmənçay sülh müqavilələrinin ləğvi məsələsi gündəliyə gəlib.

Hesab edilir ki, Azərbaycan xalqına qarşı tarixi ədalətsizlik aradan qaldırılmalıdır. İstiqlalçı millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Günaz.TV-yə açıqlamasında deyib ki, Azərbaycan torpaqlarını ikiyə bölən bədnam sülh müqavilələrinin qüvvədən düşdüyü elan olunmalıdır: “Türkmənçay müqaviləsi qüvvədən düşüb.

Çünki Azərbaycanı ikiyə bölən imperiyalardan biri faktiki olaraq yoxdur. Rusiya imperiyası və onun varisi olmuş Sovet İttifaqı dağılıb. Azərbaycan Respublikası yaranıb. Torpaqlarımızı bölən Rusiya və İran Azərbaycanın müstəqilliyini tanıyıb. Bundan başqa 1975-ci il konvensiyası var.

Bu sənədə əsasən işğala məruz qalan dövlətlər işğaldan qurtulduqdan sonra onu işğal edənlərin təəhhüdlərini daşımırlar. Biz o müqaviləni ləğv etsək, İrəvan xanlığı ilə bağlı da qarşımıza geniş imkanlar açılacaq”.

Geri dön