Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Zaxarova səmimi deyil! - “Bizə üçtərəfli bəyanata dair real nəticələr lazımdır”
Zaxarova səmimi deyil! - “Bizə üçtərəfli bəyanata dair real nəticələr lazımdır” |
“Azərbaycan cəmiyyətini naxışlı sözlərlə aldatmaq mümkün deyil”
“Zaxarova Azərbaycan cəmiyyətini naxışlı sözlərlə aldatmaq istəyir” Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, rəsmi Moskva Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilmiş üçtərəfli bəyanatın bütün müddəalarına ardıcıl və şərtsiz riayət edilməsinin tərəfdarıdır. O, qeyd edib ki, bununla da mürəkkəb ikitərəfli məsələlər daxil olmaqla, rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması üçün lazımi şərait yaradılacaq. M.Zaxarovanın sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü unikal formatdır: “Bu cür görüşlər konfessiyalararası dialoqun dərinləşdirilməsinə kömək edir. Biz ondan çıxış edirik ki, baş tutmuş bu görüş münasibətlərin normallaşmasına və Cənubi Qafqazda ümumi mühitin yaxşılaşmasına, o cümlədən etimadın möhkəmlənməsinə, humanitar vəzifələrin həllinə və mədəni irs obyektlərinin qorunub saxlanmasına töhfəsini verəcək. Rusiya rəsmisinin dediklərini “Sherg.az”a şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyevin sözlərinə görə, zaman-zaman Rusiya tərəfinin belə fikirləri olub: “Amma bizə konkret olaraq əməl və nəticələr lazımdır. Üçtərəfli bəyanatın müddəalarına əməl olunmursa, Rusiyanın “biz müddəalara əməl edilməyin tərəfdarıyıq” deməyinin mənası nədir? Ortada bir anlaşma varsa, o realizə edilmək üçün imzalanıb. Üçtərəfli bəyanatın ən mühüm öhdəliyi isə məhz Rusiyanın üzərində düşür, çünki qarant rolunu oynayır. Konkret olaraq 4-cü bənddə göstərilmişdi ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərinə daxil olanda erməni silahlı qüvvələrini oradan çıxarmalıdır. Bu, birbaşa Rusiyanın üzərinə düşən öhdəlikdir. İndi də üçtərəfli bəyanata əməl edilməsi ilə bağlı çağırışlar səsləndirrlər. Rusiya ilə birlikdə Ermənistan tərəfinin də üçtərəfli bəyanata əməl etmədiyi məqamlar var. Məsələn, Zəngəzur dəhlizinin açılması, sərhədlərin demarkasiya və delimitasiyası. Bilirik ki, Ermənistan Rusiyanın istəyi olmadan heç nə edə bilməz. Rusiya rəsmisi dediklərinə səmimi deyil. Bizə real nəticələr lazımdır. Azərbaycan cəmiyyətini naxışlı sözlərlə aldatmaq mümkün deyil!”. Yeganə Bayramova/sherg.az Geri dön |