Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azadlığına qovuşan Aşağı Köndələnçay su anbarı vasitəsilə 10 min hektardan artıq əkin sahəsi suvarılacaq
Azadlığına qovuşan Aşağı Köndələnçay su anbarı vasitəsilə 10 min hektardan artıq əkin sahəsi suvarılacaq |
Füzulidə suvarma işlərinin səmərəli aparılması üçün lazımi tədbirlər görülür. Artıq işğaldan azad olunan Aşağı Köndələnçay su anbarının suyundan bir neçə kənddə suvarma işlərində istifadə edilir. Uzun illər erməni işğalında qalan və Zəfər yürüşü zamanı azad edilən Köndələnçay su anbarı kompleksi tam istimara başladıqdan sonra isə 10 min hektardan çox sahənin suvarılması yaxşılaşacaq.
30 il müddətində erməni vəhşiliyinə məruz qalan Füzulidə həyat yenidən bərpa olunur. Görülən ilkin işlər nəticəsində rayonun Mirzəcamallı kəndində olan Aşağı Köndələnçay su anbarının suyundan qismən də olsa suvarma işlərində istifadə edilir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Füzuli Suvarma Sistemləri İdarəsinin rəisi Əhməd Əsgərovun verdiyi məlumata görə, Köndələnçay üzərində 3 su anbarı var. Onlardan “Köndələnçay-1” su anbarı 1951-ci ildə inşa edilib və tutumu 2,1 milyon kubmetrdir. “Köndələnçay-2” anbarının isə 3,9 milyon kubmetr su tutumu var. Çay üzərində yerləşən ən böyük anbar isə Aşağı Köndələnçay su anbarıdır və 9,5 milyon kubmetr su tutumuna malikdir. Həmçinin Köndələnçaya paralel axan Quru çaydan üzərində iki ədəd hidroqovşaq vasitəsi ilə bu anbarlara su axıdılması mümkündür. Lakin uzun illər işğal altında qalan anbarlar ermənilər tərəfindən istifadə edilərək yararsız hala salınıb. Ötən il Azərbaycan tarixinə yazılan şanlı qələbə nəticəsində su anbarları da əsl sahiblərindədir. Artıq Aşağı Köndələnçay su anbarından Kürdmahmudlu və Alxanlı kəndlərinin suvarılmasında istifadə edilir. Yaxın gələcəkdə anbarlar tam təmir-bərpa olunub istismara başladıqda isə 10 min hektardan çox sahənin suvarılması yaxşılaşacaq. Alxanlı kənd sakini Sabir Ağayev deyir ki, uzun illər su anbarları mənfur ermənilərdə olduğu üçün suvarma işlərində çətinlik vardı. Lakin qələbədən sonra Köndələnçayın da azad edilməsi torpaqların canlanmasına yol açıb və suvarma işi daha da yaxşılaşıb. Bunun sayəsində son aylar əkin sahələrində suvarmada çətinlik olmayıb. Hazırda rayon üzrə suvarma işinin mütəşəkkil təşkili üçün lazımi tədbirlər görülür. Ümumilikdə, 27300 əkin sahəsinə 1300 kilometrdən çox uzunluğu olan suvarma kanalları vasitəsi ilə xidmət göstərilir. Əkin sahələri öz axımı ilə yanaşı, həm də su nasosları vasitəsilə suvarılır. Hazırda kanallara suyun vurulması üçün 51 su nasosu var. Cari ilin planına uyğun olaraq, rayonun suvarma kanallarında lildən təmizlənmə işləri aparılır. Həmçinin kanallara vaxtında su vurulması üçün hidrotexniki qurğuların cari və əsaslı təmiri də mütəmadi olaraq nəzarətdə saxlanılır. Geri dön |