Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Ermənistan timsalında orada daha çox pozucu fəaliyyət göstərir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Fərəc Quliyev > Rusiya Ermənistan timsalında orada daha çox pozucu fəaliyyət göstərir

Rusiya Ermənistan timsalında orada daha çox pozucu fəaliyyət göstərir


14-15 sentaybr tarixlərində AVRONEST Parlament Assambleyasının birinci plenar iclası kecirildi.
İclasda Azərbaycan nümayəndə heyəti bir necə uğura imza ata bilib.
Bu səbəbdən erməni deputatların aqressivliyi və pozuculuq cəhdləri də olub. Hətta iclas zamanı insident də yaranıb.
Bu hadisələrə aydınlıq gətirmək üçün AVRONEST-də Azərbaycan nümayəndə heyətinin üzvü Millət Vəkili Fərəc Quliyevdən müsahibə götürdük. Həmin müsahibəni diqqətinizə çatdırırıq:


Fərəc bəy, sizin AVRONEST Parlament Assambleyasındakı çıxışınız necə qarşılandı?

-Mən öz mövqeyimdən, fərdi olaraq AVRONEST Parlament Assambleyasının plenar sessiyasında təbrik məqsədilə hazırlanmış bəyanat yaydım. Bir siyasi qurumun imkanlarını nəzərə alıb istədim ki, orda həm imperiyanın dağılmasının 20 illiyilə bağlı parlamentariləri təbrik edim, həm də bu nailiyyətin hardan başladığını və hansı fəsadların da ortaya çıxa biləcəyini nəzərlərinə çatdırım. Bəyanatdan da gördüyünüz kimi onun məğzində bütün dünyada demokratik dəyərlərinin üstün vəziyyətə gəlməsini birgə fəaliyyətin nəticəsi kimi Sovet imperiyasinın dağılmasını göstərmişəm və təbrik eləmişəm. Xüsusi olaraq imperiyadan qurtulmuş ölkələri vurğulamaqla bu dəyərlər ugrunda birlikdə çalışmalı olduğumuza işarə etmişəm. Çünki revanş iddiasında olan Rusiya müxtəlif maşalarla: Gürcüstanda Osetin-Abxaz, Azərbaycanda isə Ermənistan maşasıyla yenidən revanş imkanları axtarır və istəyir ki, bu bölgələrdə əvvəldən basdırılmış minaları partlatsın və bölgədəki təhlükəsizliyi, barışı aradan qaldırmaqla öz ambissiyalarını həyata keçirsin. Cıxışımda da bu muddəalar öz əksini tapdi.
Bəyanat və çıxışım çox müsbət qarşılandı. Mənim eyni zamanda siqnator deputat olmağımın da çox böyük əhəmiyyəti vardı. AVRONEST Parlament Assambleyasında bütün dövlətlərin numayəndə heyətində o dönəmlərdə mübarizə aparmış adamlar fəaliyyət göstərir. Bəyanat çox maraqla qarşılandı və həm sədarət uzvləri, həm Moldova, həm də Gürcüstan, Ukrayna heyətinin nümayəndələri bəyanatları alandan sonra mənə yaxınlaşdılar.
Mən həmsədr Viqeninə də bəyanatı verdim, maraqla qarşıladı, yeri gəlmişkən mən əvvəlcədən ona təşəkkkür məktubu göndərmişdim. Yəni bəyanat əslində orda iştirak edən dövlətlərin nümayəndələrinə bizim -Azərbaycanın maraqlarını, bizim nə istədiyimizi çatdırmaq üçün idi. Bəyanatdan da gördüyünüz kimi, orda təkcə Qarabağ məsələsi göstərilməyib, Abxaz məsələsi, Orta Asiyada baş vermiş imperiyanın törətdiyi fəsadlar, Şərqi Avropada, Macarıstanda, Polşada, Pribaltikada törədilən hadisələrə toxunmaqla mən onu göstərmək istəyirdim ki, bizim maraqlarımız özəl olaraq bir lokal maraqlar, öz maraqlarımız deyil, biz bəşəriyyətin bütün təhlükəsizliyini axtarırıq və birgəyaşayış qaydalarına əməl olunmasını istəyirik. O mənada mən oranı uyğun bir yer saydım. Çünki AVRONEST Parlament Assambleyasının özü, Avropa Birliyi ilə Şərq tərəfdaşları arasında Şərq tərəfdaşlığı üzrə bir parlament institudur. Burda həm imperiyadan qurtulmuş altı respublika, həm də ki, Avropa Parlamentinin nüfuzlu deputatları iştirak edirdilər. Mənə elə gəldi ki, bu bəyanatın yayılması yerinə düşən bir addım oldu və əslində AVRONEST-in fəlsəfəsi də yeni dünya düzəni prinsiplərini ortaya gətirməklə, Rusiyanın taktiki sistemləri tipli imperiya düşüncələrinin üstündən xətt çəkməkdir.
-Fərəc bəy, AVRONEST-də nail olduğunuz uğur ki, var beynəlxalq prinsiplərə əsaslanır, buna qarşı çıxaılmasıyla bağlı sualımız var. Erməniləri anlamaq olar, bəs ermənipərəst deputatlar hansı arqumentə, nəyə əsaslanıb buna qarşı çıxırdılar? Onlar ki, sivil və demokratik bir dövləti təmsil edirlər.
-Qeyd elədiyim kimi, AVRONEST-in özünün fəlsəfəsində yeni dəyərlərin üstün vəziyyətə gətirilməsi və əsasən Şərq tərəfdaşlığı ölkələri olan postsovet məkanındakı ölkələri Avropa İttifaqına gələcəkdə inteqrasiya etdirməkdən söhbət gedir. Ümumiyyətlə Qərb dəyərlərinin təhdid olunmasının qarşısını almaq üçün yeni addımlar atılır və bütün sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Rusiya bunu istəmədi. Rusiya bunu istəmədiyinə görə də Ermənistan timsalında orada daha çox pozucu fəaliyyət göstərir. Hər bir ölkənin də Voyski tipli deputatları vardır. Hərçənd ki, Polşa bütövlükdə Sovet İmperiyasından əziyyət çəkmiş bir dövlətdir və AVRONEST-də xeyli polyaklar vardı, onların mövqeləri tamam fərqlidir, deyək ki, Rusiyaya qarşı olan mövqeləri var amma Volski fərdi şəkildə ermənilər tərəfindən hansısa formada ələ alınmış bir deputat kimi o maraqlardan çıxış edərək bir neçə dəfə pozucu fəaliyyət göstərdi. Amma bütövlükdə məsələ Rusiya məsələsi idi. Yəni Rusiya öz imkanlarıyla pozucu fəaliyyət göstərirdi. Söhbət nədən gedir, bilirsizmi? Həmsədr Vigenin Ermənistan Parlamentinin nümayəndə heyətinin sədrinə açıq mətnlə irad tutdu ki, siz AVRONEST-i dağıtmaq istəyirsiniz, pozucu fəaliyyət göstərirsiniz və buna son qoyun. Çünki orda prosedur qaydaları belədir ki, komitələrdə qərarlar qəbul olunandan sonra AVRONEST-in plenar iclasında artıq həmin qərarlar heç bir müqavimətsiz səsə qoyulub qəbul olunur. Əgər etirazlar varsa komitələrdə olunur və gün ərzində düzəlişlər edilir. Orda qəbul olunacaq sənəd artıq qəbul olunmuşdu, sadəcə olaraq ermənilər yeni bir müddəa salmağa çalışdılar. Bu müddəa nədən ibarət idi? Göstərilən bir məqam var idi ki, “ölkələrin suverenliyi”, “ərazi bütövlüyü” və “sərhədlərin toxunulmazlığı” prinsipləri. Ora ermənilər həm də “milli azlıqların öz muqəddaratını təyinetmə” prinsipini də salmaq istəyirdilər. Təklifi də Volskinin vasitəsilə, bir növ at gedişi eləmişdilər. O məqamda artıq Volskinin bu özbaşınalığı və qərəzli şəkildə məsələyə münasibət bildirməsinə Asim Mollazadə, Fuad Muradov, Əli Hüseynli əlbəyaxa dava məqamına gedən bir şəkildə sərt təpgi göstərdilər . Nəzərinizə çatdırım ki, Polşa-Azərbaycan münasibətləri özündə onu ehtiva edir ki, biz bir yerdə çalışaq, biz həm strateji müttəfiqlərik, həm də ki, bir çox ciddi məsələlərdə eyni davranış numayis etdirməliyik. Mübahisə dəhlizə qədər uzandı və bu məqamdan ermənilər istifadə etməyə çalışdılar. Erməni nümayəndə heyəti artıq çox sərt şəkildə bəzi dəyişiklikləri eləmək, bəzi kompromis variantları adı altında çıxış eləməyə başladılar. Gürcüstan nümayəndə heyəti çox yaxşı mövqe nümayiş etdirdi. Və mən həmin məqamda çıxış aldım. Orda çıxış almaq elə də asan məsələ deyildi. Ciddi şəkildə Gürcüstan nümayəndə heyətinin təkliflərini də dəstəkləməklə Qarabağ məsələsilə bağlı mövqelərimi ortaya qoya bildim, prioritetlerimizi sadaladim, Avronestin prioritetlərinə Ermənistanın əməl etməsi üçün hər kəsin məsuliyyətlə yanaşmasını tələb etdim, və .s. Gürcüstan nümayəndə heyəti Ukraynada bütün gedişat boyu bizimlə bərabər çalışdı, çünki problemlərimiz eynidir və onlara da sözügedən bəndin ora əlavə olunması sərf eləmirdi. Bu, anormal bir məsələdir, təbii ki. Mən öz çıxışımın mətnində də Polşa analogiyasını misal gətirdim ki, sizin özünüz Almaniya ilə Oder-neys deyilən sərhəd problemini həll eləməyənə qədər Avropa Birliyinin yaranmasına imkan vermirdiz, bizim də öz prioritetlərimiz var. Üstəlik, AVRONEST-in özünün ana prinsiplərdə prioritetləri var: bərabərlik, amma müxtəlifliyə əməl eləməklə, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı. Siz hansısa dövlətə, kimləsə kimin ambissiyasına görə bu prioritetləri poza bilməzsiniz, buna sizin ixtiyarınız yoxdur. Çıxışımın ardınca Məlahət İbrahimqızı, Rövşən Rzayev, Azər bəy ermənilərə qarşı çox yaxşı çıxış etdilər. Ondan əvvəlki komitə iclaslarında Rasim Musabəyovun çıxışı olmuşdu, ümumiyyətlə bizim nümayəndə heyətinin çox fəal davranışı müşahidə olundu, həm komitələrdə, həm də plenar sessiyada. Bəyanatımı yaymaq üçün plenar sessiyadakı sədarət mənə icazə verməsə də, mən bəyanatı yaydım. Tarasyuk yaxınlaşdı və bildirdi ki, burda işğal faktı göstərirsiniz, istəyirsiniz ki, Azərbaycanda plenar sessiya keçirilsin, bu sizin istəyinizə əngəl ola bilər, bəlkə yığışdırılsın? və s. Amma mən uygun zamanda bəyanatı yaymağı nəzərdə tutmuşdum və yaydım. Hamı burda fəal idi, sonuc olaraq mən hesab edirəm ki, yekun sənəd qəbul olunmasa da, nəticələr Azərbaycan üçün qənaətbəxs oldu. Komitələrdən yekun sənəd artıq keçmişdi və bu sənəd əslində çox mühüm sənəd idi. O sənəddə possovet məkanından olan ölkələrin Avropa İttifaqına gələcəkdə üzvolma imkanları, Qərbə inteqrasiya məsələləri nəzərdə tutulurdu və Rusiya tərəfindən Ermənistan o sənədin qəbul olmaması üçün çaba göstərirdi. Amma bütövlükdə Azərbaycan nümayəndə heyəti növbəti plenar sessiyanın Azərbaycanda keçirilməsinə nail oldu. Biz Gürcüstan və Ukraynanın çox ciddi müttəfiqlik imkanlarını nümayiş elətdirdik, Ermənistan tamamilə təkləndi. AVRONEST həmsədri Vigenini açıq mətnlə ermənilərə təhqiramiz şəkildə - “siz pozucu fəaliyyət göstərirsiniz, yığışdırın bu məsələni” iradı və ermənilərin heç bir təklifinin keçməməsi hər halda Azərbaycan nümayəndə heyətinin uğuru sayıla bilər.
-Növbəti addımlar necə, planlaşdırılıbmı?
-Bu, birinci plenar sessiyaydı və bizimçün bir az təcrübə xarakterli yığıncağıydı. Mənim özüm üçün, elə təşkilatçıların özü üçün də hər şey aydın deyildi. Amma bundan sonra komitələr, sənədlərin hazırlanması, plenar iclasların keçirilmə qaydaları, bizim müttəfiqlərlə münasibətlərimiz haqqında çox ciddi düşüncələrimiz var, mən hətta AVRONEST-də Azərbaycan nümayəndə heyətinin tərkibində on nəfərdən biri kimi birlikdə fəaliyyətimizi nəzərdə tuturam, ancaq partiyamızın bu istiqamətdə müəyyən fəaliyyətlər imkanlarını da gerçəkləşdirəcəm. Çünki mən orada hiss elədim ki, kommunizmə qarşı mübarizə aparmış adamlara xüsusi bir rəğbət vardı. Mən bu amildən istifadə edəcəm və hesab edirəm ki, həm də növbəti plenar sessiyanın Bakıda olması bizim avantajımızdır. Belə ki, npvbəti sessiyada biz artıq daha təcrübəli və daha hazırlıqlı olacağıq. Mən bu bəyanatı, doğrudur fərdi şəkildə verdim, bilirsiz, AVRONEST-də hər bir parlamentar istədiyi məsələdə özü sərbəst şəkildə səs verə bilir. Yəni Azərbaycan nümayəndə heyətindən birisi bir məsələyə mənfi, digəri isə müsbət səs verə bilər. Hər kəs sərbəstdir, amma təbii ki, bir çox mühüm məsələlərdə nümayəndə heyəti birgə davranışı modelləşdirir, həmçinin də səsvermə zamanı. Bunu niyə izah elədim? Bir çox məsələrlərdə təşəbbüslərim var ki, mən fərdi qaydada onları həyata keçirməyim üçün artıq mexanizm yaradacam.
-Siz bu məsələlərə daha diqqətlə yanaşdığınızdan bu sualı məhz sizə ünvanlamaq istəyirəm. Baş vermiş olayla bağlı Polşa Parlamentinə hər hansı bir məktub göndərmək fikriniz varmı?
-Mən sizə deyim, bizim çox işıqlı nümayəndə heyəti var və biz orda ailə səmimiyyətilə çalışmaq modeli göstərdik. Amma fasilələrdə biz müşahidə edirdik ki, Ukrayna nümayəndə heyəti bölünürdü və aralarındakı narazılıq hiss olunurdu. Biz Azərbaycanın milli maraqlarına aid olan məsələlərdə bir-birini tamamlayan çox normal davranışlar nümayiş etdirmək imkanı qazanmışdıq. Bunu ona görə vurğuladım ki, biz artıq ordaca qərar verdik və orda Əli Hüseynli və Asim Mollazadə Voyskiyə bildirdik ki, “biz artıq Bakıya qayıdandan sonra səfirinizə xəbərdarlıq edib, prezidentinizə məktub göndərəcəyik, sizinlə münasibətə yenidən baxacağıq. Siz burda Polşa dövlətinin deyil, fərdi maraqlarınızdan çıxış edirsiniz.”
Voyski çox pis vəziyyətə düşdü, dəfələrlə yaxınlaşmağa çalışdı, bizimlə çox aqressiv şəkildə davrandığı halda artıq yalvar-yaxara keçdi. Həm də biz onda qərarlıyıq ki, bu siyasətdir və dövlətin maraqları vardır, fərdlərin hansı formada məzlum görünməsi heç nəyi dəyişməz. Volskinin o davranışı və əlavələrə cəhd etməsi nəticəsiz qaldı. Biz burda Polşa səfiriylə mütləq görüşüb, Polşa dövlət başçısına məlumat verəcəyik. Hətta bundan sonrakı davranışlarını redaktə etməsələr Polşa-Azərbaycan münasibətlərində bir sıra məqamlara yenidən baxılması məsələsini qaldıracağıq.
-Növbəti, Azərbaycanda keçiriləcək iclas nə vaxta nəzərdə tutulub?
-Bu sessiya ildə bir dəfə keçirildiyindən 2012-ci ildə.
-Azərbaycanda keçirilməsinə necə reaksiya verildi?
-Ermənilər çox ciddi şəkildə Azərbaycanda keçirilməsinə mane olmağa çalışdılar, hətta alver predmeti olaraq razılığa gəlmək istəyirdilər. Bizə Tarasyuk, Volski və başqaları yaxınlaşıb bu məsələdə güzəşt etməyimizi istəyirdilər ki, əgər biz güzəşt eləməsək ermənilər burda veto qoyarlar bu məsələdə, filan.
Plenar iclasin Azərbaycanda keçirilməsi ona görə, çox mühümdür ki, mətbuatla, ictimaiyyətlə birbaşa təmasda olacaqlar, Azərbaycanı yerində tanıyacaqlar. Bunun özü belə böyük hadisədir. Azərbaycanın özündə çox mütərəqqi qərarların qəbul edilməsi imkanlarını burada aramaq mümkündür. Və Azərbaycanda baş verən hadisələrlə tanış eləmək, bir milyon qaçqını Avropa Parlament üzvlərinə göstərmək, işğal altında olan ərazilərimizə “gedə bilirsinizsə buyurun gedin” mesajını vermək baxımından burda keçirilməsi mühümdür. Üstəlik də AVRONEST Parlament Assambleyasının çox ciddi bir perspektivi gözlənilir. Mən bunu bəyanatımın sonunda ciddi sənədlərə istinad edərək göstərmişəm ki, AVRONEST-in özü artıq sülhməramlı qüvvələr yaratmaq və bölgədə yerləşdirmək, faktaraşdırıcı missiya burda muvafiq işlər görəndən sonra dərhal Gürcüstandan, Azərbaycandan işğalçıların çıxarılması məsələsini qoymuşam. AVRONEST ciddi bir sistem olaraq fəaliyyətə başladığında onun kənarda keçirilən ilk iclasının Azərbaycanda keçirilməsini həm də bütün AVRONEST parlamentarlarının Azərbaycan nümayəndə heyətinə, Azərbaycan dövlətinə etimadı kimi də qiymətləndirmək olar. Bilirsiniz ki, bu kimi tədbirlərin harda keçirilməsi faktı özü böyük uğur sayılır.
-Məlum olduğu kimi Avropa Parlamenti tövsiyə xarakterli qərarlar çıxarır. Bəs AVRONEST necə?
-Xeyr, baxın orda, ermənilərin pozucu fəaliyyətinə görə indiki halda fəaliyyət proqramı qəbul olunmadı. Həmin fəaliyyət proqramında çox ciddi inteqrasiya məsələləri varıydı və orda artıq birmənalı şəkildə, təkcə münaqişələrin həllilə bağlı deyil, həm də əməkdaşlıq yolları axtarılır və ordakı qərarlar ki, konsesusla qəbul olunur artıq hər kəs tərəfindən həyata keçirilməsi məcburi xarakterli olur. Hər hansı bir etiraz qərar qəbul edilənə qədər olmalıdır. Bu mənada AVRONEST əhəmiyyətli qurumdur.
-Nəticə olaraq nə gözləyə bilərik? AVRONEST-in keçirilmiş və Azərbaycanda keçiriləcək növbəti iclasından?
-Biz mümkün olan hər şeyi etdik və ermənilərə demək olar ki, imkan vermədik öz mənfi cəhdlərini həyata keçirsinlər. Eyni zamanda da novbəti plenar iclasiın Azərbaycanda keçirilməsinə nail olduq. Amma əlbəttə ki, ən mühüm məqam bütövlükdə AVRONEST-in fəaliyyət proqramının qəbul olunması idi ki, bu məsələdə AVRONEST özü bütövlükdə uduzdu, çünki Rusiya dağıdıcılıq baxımından Ermənistandan istifadə etməklə orada pozucu bir şeylər elədi. Doğrudur, sənəd buronun iclasina saxlanılıb, amma o məqam üçün onun keçməməsi dezavantajdır. Bütövlükdə mən Azərbaycan üçün tədbirin səmərəli olduğunu düşünürəm və Bakıda da daha hazırlıqlı şəkildə hesab edirəm ki, bu komanda ilə daha çox uğurlara nail olmaq mümkündür. Burda başqa bir məsələ də var. Ermənilər öz katibliyinə müxtəlif ölkələrdən adamlar gətirib işlədirdilər. Tədbir Bakıda kecirilərsə biz institutlaşmış fəaliyyət imkanı qazanacağıq. Həm də burda gözlənilən uğur təşkilatçı kimi hazırlıq prosesinde iştirakımıza da cox bağlıdır və hesab edirəm ki, biz artıq komitələrə də ən müxtəlif sənədlər çıxara bilərik. Azərbaycanda təşkilatçı biz olduğumuz üçün sənədləri biz hazırlama mexanizmində iştirak edəcəyimizdən imkanlarımız daha geniş olacaq.

Müsahibəni götürdü: Nigar İsfəndiyarqızı

Geri dön