Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü tura start veriləcək
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü tura start veriləcək |
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək
İlk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Görüşlərin ikisi Bakı vaxtı ilə saat 20:45-də, altı oyun isə 23:00-da start götürəcək. Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” səfərdə Portuqaliyanın “Sportinq” komandası ilə üz-üzə gələcək. Hazırda hər iki komanda hərəyə bir xalla qrupda 3-4-cü yerləri bölüşdürür. C qrupunun digər qarşılaşmasında Niderland təmsilçisi “Ayaks” doğma meydanda Almaniyanın “Borussiya Dortmund” klubu ilə vahid liderlik uğrunda mübarizə aparacaq. Gün ərzində aşağıdakı görüşlər keçiriləcək: A qrupu “Brügge” (Belçika) – “Mançester Siti” (İngiltərə); “Paris Sen-Jermen” (Fransa) – “Leyptsiq” (Almaniya). Qrupdakı vəziyyət: “Paris Sen-Jermen” - 4, “Brügge” - 4, “Mançester Siti” - 3, “Leyptsiq” - 0. B qrupu “Portu” (Portuqaliya) – “Milan” (İtaliya); “Atletiko Madrid” (İspaniya) – “Liverpul” (İngiltərə). Qrupdakı vəziyyət: “Liverpul” - 6, “Atletiko Madrid” - 4, “Portu” - 1, “Milan” - 0 C qrupu “Beşiktaş” (Türkiyə) – “Sportinq” (Portuqaliya); “Ayaks” (Niderland) – “Borussiya Dortmund” (Almaniya). Qrupdakı vəziyyət: “Ayaks” - 6, “Borussiya Dortmund” - 6, “Beşiktaş” - 0, “Sportinq” – 0. D qrupu “İnter” (İtaliya) – “Şerif” (Moldova); “Şaxtyor Donetsk (Ukrayna) – “Real Madrid” (İspaniya). Qrupdakı vəziyyət: “Şerif”- 6, “Real Madrid” - 3, “İnter” - 1, “Şaxtyor” – 1. Qeyd edək ki, üçüncü turun digər 8 qarşılaşması oktyabrın 20-də baş tutacaq. Geri dön |