Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə türkcə “Dəri” filminin nümayişinə icazə verilmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə türkcə “Dəri” filminin nümayişinə icazə verilmir

Ərdəbildə türkcə “Dəri” filminin nümayişinə icazə verilmir


“Qüds” kinoteatrının rəhbərliyi təhlükəsizlik idarəsinin göstərişi əsasında müxtəlif bəhanələr gətirərək filmin ekrana çıxarılmasının qarşısını alır.

Məlumata görə, türk dilində çəkilən filmin əhali tərəfindən maraqla qarşılanması təhlükəsizlik məmurlarını qorxuya salıb.

Məmurların türk dili qısqanclığı əhalinin və mədəniyyət xadimlərinin narazılığı ilə qarşılanıb. Onlar bunu bilərəkdən türkcə filmə məsulların qısqanc münasibəti ilə əlaqələndirirlər.

Bundan öncə “Gəmiçi” filmi də məsulların oxşar münasibətilə qarşılanmış və onun Ərdəbil kino salonlarında göstərilməsinə imkan verilməmişdi.

Qeyd edək ki, Güney Azərbaycanın kinematoqrafiyasının istehsalı olan "Dəri" filmi 13 oktyabr çərşənbə günündən etibarən göstərilməyə başlayıb.

Filmin ssenari müəllifi və rejissoru Bəhmən və Bəhram Ərk qardaşları, prodüsseri isə Məhəmmədrza Misbahdır.

Fəcr festivalının səs-küylü filmləri içində yer alan bu ekran əsəri Azərbaycan türkcəsində çəkilən uzunmetrajli filmdir.

Bu festivalda film 7 müxtəlif nominasiyaya təqdim edilib.

"Sənət və təcrübə" nominasiyasında "Büllur Simurq" mükafatına və ən yaxşı film musiqisi mükafatına layiq görülüb.

"Ətəkyazı" saytının verdiyi məlumata görə, "Dəri" filmi fərqli mövzusu ilə də diqqət çəkib.

Ssenaridə bir sevgi dastanı ilə yanaşı xalq içində yayğın olan mifik inanclar və xurafatdan bəsh edilir.

Geri dön