Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > UNESCO nümayəndələri Həmədanın tarixi abidələrini ziyarət edəcək
UNESCO nümayəndələri Həmədanın tarixi abidələrini ziyarət edəcək |
Oktyabrın 21-də UNESCO-nun mütəxəssis və nümayəndələri Həmədanın tarixi “Tacabad” və “Fərsfəc” karvansaralarından görüş keçirəcəklər.
Həmədan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Əli Malmır. Mətbuata verdiyi açıqlamada bildirib ki, adı çəkilən abidələr barədə sənədlər ötən il UNESCO-a göndərilib. “İki həftədir ki, UNESCO nümayəndələri İrana səfər ediblər və ümumdünya mədəni nirs siyahısına salınmmağa namizəd abidələrdən görüş keçirirlər. Onlar oktyabrın 29-da Həmədana səfər edəcək və iki tarixi karvansarayla tanış olmaq üçün Bahar və Toyserkan şəhərlərində olacaqlar”-deyə, Malmir bildirib. O, adı çəkilən tarixi karvansaraların keçmişi, əhəmiyyəti, memarlığı və başqa bu kimi dəyərlərinə görə ümumdünya mədəni irs siyahısına layıq olduqlarını bildirib. Qeyd edək ki, bununla yanaşı Şərqi Azərbaycanın dörd, Ərdəbilin isə 1 tarixi karvansarayın sənədləri ümumdünya mədəni irs siyahısına salınmaq üçün UNESCO-a təqdim olunub. Geri dön |