Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dolların Yaponiyanın milli valyutasına nisbətdə məzənnəsi son dörd ilin ən yüksək həddinə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Dolların Yaponiyanın milli valyutasına nisbətdə məzənnəsi son dörd ilin ən yüksək həddinə çatıb

Dolların Yaponiyanın milli valyutasına nisbətdə məzənnəsi son dörd ilin ən yüksək həddinə çatıb


ABŞ dollarının Yaponiyanın milli valyutası yenə nisbətdə məzənnəsi son dörd ilin ən yüksək həddinə çatıb.

Bu barədə Yaponiya KİV-i valyuta bazarlarına istinadla yazıb. Bildirilir ki, yerli vaxtla saat 10:40-da (Bakı vaxtı ilə səhər saat 5:40-da) bir dolların yenə nisbətən məzənnəsi 114,47-114,49 həddinə çatıb. Bu, hərracların başlanğıcındakı qiymətdən 0,4 faiz çoxdur. Son dəfə dolların yenə nisbətdə məzənnəsinin bu həddi 2017-ci ilin noyabrında qeydə alınıb. Bildirilir ki, milli valyutanın dollara nisbətdə belə ucuzlaşması, ilk növbədə, xarici bazara istiqamətlənən böyük şirkətlərə sərf edir.

Bu fonda Asiyanın ən böyük fond birjalarından olan Tokio Fond Birjasında oktyabrın 20-də kotirovkalar yüksələn xətlə irəliləyib. Belə ki, yerli vaxtla saat 10:40-da aparıcı “Nikkei” indeksi 0,59 faiz artaraq 29 min 388,91 bəndində qərarlaşıb.

Geri dön