Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada elektrik enerjisinin qiymətinin artması zavodların bağlanmasına aparır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Fransada elektrik enerjisinin qiymətinin artması zavodların bağlanmasına aparır

Fransada elektrik enerjisinin qiymətinin artması zavodların bağlanmasına aparır


Fransada elektrik enerjisinin qiymətinin artması ölkədə bəzi müəssisələr üçün böyük problemlər yaradıb.

Ölkədə enerji qiymətlərinin artımı sahibkarlıq və sənaye sahələrində fəsadlar yaradıb. Ölkədə bəzi fabriklər və zavodlar elektrik enerjisi baha olduğu üçün bağlanır. Belə fabrik və zavodlar üçün artıq seçim olmadığı bildirilir. Bağlanmaq üzrə olan zavodlar arasında ən çox elektrik enerjisi istehlak edən poladəritmə zavodu da var. Elektrik enerjisinin qiymətinin artması fransız poladının rəqabət qabiliyyətini azaldır.

Zavodun 500 işçisi xərclərin artmasına baxmayaraq, istehsalın saxlanmasına ümid edirlər. Onlar vəziyyətdən çıxmaq üçün zavodun gecə elektrik enerjisinin istehlakının qeyri-pik saatlarında işləməsi ideyasını irəli sürüblər. Fransada elektrik enerjisinin qiyməti gündüzlər daha baha, gecələr isə ucuz olduğu üçün işçilər gecə işləməklə işlərini saxlamağa ümid ediblər.

Zavodun elektrik enerjisi üzrə məsul rəhbəri elektrik enerjisinin qiymətinin belə sürətlə qalxacağını gözləməyib. “Zavod bazardan elektrik enerjisinin 1 meqavat saatını orta hesabla 50-60 avroya alırdı, ancaq sentyabrda bir gün ərzində qiymət 300 avroya qədər yüksəlib”, - deyə zavodun elektrik enerjisi üzrə məsul rəhbəri bildirib. Beləliklə, elektrik enerjisinin qiymətinin artması zavodların bağlanmasına apardığı bildirilib.

Geri dön