Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Muxtar respublikada şagirdlərin profilaktik rentgen-flüoroqrafik müayinələrinə start verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Bildiriş > Muxtar respublikada şagirdlərin profilaktik rentgen-flüoroqrafik müayinələrinə start verilib

Muxtar respublikada şagirdlərin profilaktik rentgen-flüoroqrafik müayinələrinə start verilib


Muxtar respublikada yeniyetmələr arasında vərəmin profilaktikasını və vaxtında aşkar edilməsini təmin etmək məqsədilə 9-11-ci sinif şagirdlərinin profilaktik flüoroqrafik müayinələrinə start verilib.

Tədbirin mütəşəkkilliyinin təmin edilməsi üçün əvvəlcə şəhər və kənd məktəblərində müayinələrə cəlb olunacaq uşaqların siyahıları tərtib olunub.

Müayinələrə ilk olaraq Kəngərli rayonundan başlanılıb. Rayonda keçirilən 9-11-ci sinif şagirdlərinin profilaktik flüoroqrafik müayinələrinə Qıvraq qəsəbəsində 147, Şahtaxtı kəndində isə 129 şagird cəlb edilib, onlarda xəstəlik halları aşkar edilməyib.

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən profilaktik flüoroqrafik müayinələr indiyədək 3 kənd, 2 şəhər məktəbini əhatə edib. Kəngərli rayonunun Xok, Böyükdüz və Qarabağlar kəndlərində və Naxçıvan şəhərinin 5 və 14 nömrəli məktəblərində indiyədək 469 şagird flüoqrafiya müayinəsindən keçirilib. 2 şagird xəstəliyə şübhəli bilinərək dispanserə dəvət edilib. Kəngərli rayonundan start verilən müayinələr noyabrın sonunadək davam edəcək.


Geri dön