Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güneyli qadın hüquqları müdafiəçisi ETTELAAT-a çağrılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güneyli qadın hüquqları müdafiəçisi ETTELAAT-a çağrılıb

Güneyli qadın hüquqları müdafiəçisi ETTELAAT-a çağrılıb


Germi şəhərindən olan qadın hüquqları müdafiəçisi Pərisa Ciddi İran Kəşfiyyat İdarəsinin (ETTELAAT) yerli bölməsinə çağrılıb.

Oktyabrın 19-da telefon vasitəsilə Pərisa Ciddi ilə əlaqə saxlanılıb və ondan bir sıra məsələlərlə bağlı izahat verməsi üçün idarənin yerli bölməsinə getməsi istənilib.

Qadın hüquqları müdafiəçisi ETTELAAT məmurlarının təkrar zənglərinə cavab olaraq, yazılı çağırış göndərilmədiyi təqdirdə idarəyə getməyəcəyini bildirib.

Onun hansı məsələlərə görə çağrılması barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Cinayət Prosessual Məcəlləsinin 169 və 170 -ci maddələrinə görə, yalnız məhkəmə orqanı şəxslərin məhkəməyə çağrılması üçün yazılı çağırış verə bilər.

Məhkəmə orqanı tərəfindən telefon vasitəsilə çağırılma halında, bu Cinayət Prosessual Məcəlləsinin 175 -ci maddəsinə uyğun olaraq elektron icraat qaydaları çərçivəsində olmalıdır. Əks halda, qeyri-məhkəmə dövlət orqanlarının yazılı və ya şifahi çağırışlarının heç bir hüquqi qüvvəsi yoxdur.

Geri dön