Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərbaycan İran agenturasına qarşı təmizləmə aparır” – Davam etsin!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Azərbaycan İran agenturasına qarşı təmizləmə aparır” – Davam etsin!

“Azərbaycan İran agenturasına qarşı təmizləmə aparır” – Davam etsin!


“Ölkəmizə daxildən zərbə vurmaq istəyən İran cavab verməlidir”

Son zamanlar İranın Azərbaycana qarşı yönəlmiş təhdidləri, İran-Azərbaycan sərhədlərindəki hərbi təlimlər, Azərbaycanın ölkə daxilində İrana agenturasına qarşı apardığı təmizləmə əməliyyatları təbii olaraq iki qonşu dövlət arasındakı münasibətlərə təsirsiz ötüşmür. Tərəflər arasındakı münasibətlərdən "Sherg.az”a danışan "Milli Dirçəliş Hərəkatı Partiyası"nın sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, İranın Azərbaycana qarşı mövqeyi həmişə qərəzli olub.

Bu həm birinci, həm də ikinci Qarabağ savaşında dəyişməz olaraq qalıb. Onlar separatçı rejimlə iş birliyinə girib bizim məscidləri fars arxitekturası ilə təmin etməyə səy göstəriblər, ora dəfələrlə yanacaq silah sursat daşıyıblar.

İkinci Qarabağ savaşı başlayanda 900 ton silah sursat onların ərazisindən Ermənistana daşınıb. Zəngilan ərazisindən isə tunel qazıb narkotik maddələrin transferi ilə məşğul olublar. Bütün hallarda Ermənistana dəstək veriblər. İndi tərəflər dəyişməsin deyə ajiotaj yaratmaq istəmirlər.

Ermənistanın mövqelərini müdafiə edən İran 30 il müddətində susdu. Mən 2016-cı ildə parlamentdə "Xudafərin su hövzəsi" ilə bağlı çıxış etdikdə xahiş etdim ki, İran heç olmasa, bu hövzənin ətrafından Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə çağırış etsin. İran bunu etmədi.

Amma indi dəfələrlə haqsız olaraq Azərbaycanın üzərinə gəlir, daxili işlərinə qarışırlar. Çalışırlar ölkəmizin daxilində olan şəbəkələrini işə salsınlar.

Xatırlayırsınızsa, şəhid məzarlarının üstündə, müəyyən ictimai yerlərdə Azərbaycan və onun müttəfiqləri əleyhinə açıq təbliğat apardılar. Buna görə Azərbaycan tərəfinin İranın burdakı agentura şəbəkəsi və ya o ölkəni burda təmsil edənlərə qarşı cavab tədbirləri görməsi tamamilə məntiqlidir. Hesab edirəm ki, bu proses davam etməlidir. Azərbaycana daxildən zərbə vurmaq istəyən İran cavab verməlidir”.

Siyasətçi vurğulayıb ki, İran son vaxtlar keçirdiyi hərbi təlimlər, gəldiyi hədə-qorxular, verdiyi yersiz bəyanatlara görə məsuliyyət daşımalıdır:

“Hazırda ölkəmizin hüquq-mühafizə orqanlarının, təhlükəsizlik xidmətinin apardığı əməliyyatlar tamamilə qanunidir və bu proses davam etdirilməlidir”.

Günəş Mərd/sherg.az

Geri dön