Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ekspertlər Azərbaycanda terror baş vermə ehtimalını 10 ballıq cədvəl üzrə 0,87 bal dəyərləndirirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Ekspertlər Azərbaycanda terror baş vermə ehtimalını 10 ballıq cədvəl üzrə 0,87 bal dəyərləndirirlər

Ekspertlər Azərbaycanda terror baş vermə ehtimalını 10 ballıq cədvəl üzrə 0,87 bal dəyərləndirirlər


Azərbaycan “Qlobal Terror Reytinqi”ndə 81-ci yerdə qərarlaşıb

İqtisadiyyat və Sülh İnstitutu dünyanın “Qlobal Terror Reytinqi”ni açıqlayıb. APA-nın məlumatına görə, Merilend Universiteti ilə birgə hazırlanmış reytinqdə Azərbaycan 158 ölkə sırasında 81-ci yerdə qərarlaşıb. Ekspertlər Azərbaycanda terror aktı baş vermə ehtimalını 10 ballıq cədvəl üzrə 0,87 bal dəyərləndiriblər. Araşdırmada son 10 ildə Azərbaycanda terror akt baş vermədiyi, terror aktları nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir. Nədənsə ekspertlər 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən və çoxsaylı insan ölümü ilə nəticələnən hadisəni terror aktı kimi dəyərləndirməyiblər.



Araşdırmaya əsasən, 2001-ci il 11 sentyabr hadisələrindən sonra dünyada terror aktlarının sayı 460%, terror qurbanlarını sayı 195%, xəsarət alanların sayı isə 224% artıb. Terror aktları öz pik nöqtəsinə İraqda hərbi münaqişə zamanı çatıb. O dövrdən bəri dünyada terror aktlarının sayında azalma müşahidə olunur. Son beş ildə terror aktlarının sayında ən çox azalma ABŞ, Əlcəzair və Kolumbiyada qeydə alınıb. Dünyada ən çox terror aktı baş verən ölkələr İraq, Pakistan, Əfqanıstan, Hindistan və Yəməndir. Dünyada baş verən terror aktlarının 90 faizi bu ölkələrin payına düşür. Cədvələ əsasən dünyanın 43 ölkəsi terror aktlarının baş verməməməsinə əmin ola bilərlər. Son 10 ildə heç bir terror aktı qeydə alınmayan bu ölkələrin hamısı reytinq cədvəlinin sonuncu – 116-cı pilləsində qərarlaşıblar. MDB dövlətlərindən bu siyahıda yalnız Türkmənistan təmsil olunur.



Reytinq hazırlanan zaman ekspertlər 158 dövlətdə son 10 ildə baş verən terror aktlarına dair məlumatları analiz ediblər. Bu zaman terror hücumlarının, ölən və yaralananları sayı, dəyən maddi zərərin miqdarı ilə yanaşı, terror aktının cəmiyyətdə və dünyada doğurduğu rezonans da nəzərə alınıb.



Terror təhlükəsinin ən çox olduğu ölkələrin ilk onluğunda Rusiya da yer alıb. Ekspertlər Rusiyada terror aktlarının baş vermə ehtimalını 10 ballıq cədvəl üzrə 7,07 bal dəyərləndiriblər. Son 10 ildə Rusiyada 182 terror aktı baş verib, nəticədə 159 nəfər ölüb, 431 nəfər yaralanıb. Dünyada baş verən terror aktlarının 4 faizi Rusiyanın payına düşür.

Türkiyə isə bu siyahıda 19-cu yerdədir. Terror baş vermə ehtimalı 10 ballıq cədvəl üzrə 5,24 bal olan Türkiyədə son 10 ildə baş verən 50 terror aktı nəticəsində 25 nəfər ölüb, 110 nəfər yaralanıb. Ekspertlər PKK terror təşkilatının Türkiyə Silahlı Qüvvələrinə qarşı həyata keçirdiyi əməliyyatları terror aktı kimi dəyərləndirməyiblər.

Geri dön