Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hüquq > Azərbaycanda məhkəmələrin internet saytlarının monitorinqi aparılıb
Azərbaycanda məhkəmələrin internet saytlarının monitorinqi aparılıb |
Media Hüququ İnstitutunun (MHİ) Sayt-Monitorinq Qrupu Azərbaycanda məhkəmələrin internet saytlarının monitorinqini həyata keçirib. APA-nın məlumatına görə, monitorinqlə bağlı keçirilən mətbuat konfransında Məhkəmələrin Online Şəffaflıq Hesabatı təqdim olunub.
MHİ rəhbəri Rəşid Hacılı aparılan monitorinqlərin məqsədinin Azərbaycan məhkəmələrinin saytlarının şəffaflıq dərəcəsini yoxlanmaqdan ibarət olduğunu deyib: “Məhkəmələr özlərində əks olunan bütün məlumatları açıqlamalı deyillər. Amma məhkəmə aktları, məhkəmə qərarları bütün hallarda açıq olmalıdır. Hətta qanuna görə, məhkəmələrin aktları mütləq məhkəmələrin saytlarında açıqlanmalıdır. O yerlərdə ki, ictimai marağın qorunduğu məsələlər var, o sənədlər mütləq açıqlıqda olmalıdır və saytlarda yerləşdirilməlidir. Dövlət qurumlarının fəaliyyəti ilə bağlı ictimai əhəmiyyətli bir çox mübahisəli məsələlər var ki, bu materialların məhkəmə saytlarında olması vacibdir". Media Hüququ İnstitutunun direktor müavini Xalid Ağalıyev isə məhkəmə saytları ilə bağlı monitorinqin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, məhkəmə saytlarında informasiya əldə etmək baxımından bəzi problemlər mövcuddur. Məhkəmə saytlarında 77 növ informasiyanın araşdırıldığını deyən X. Ağalıyev, saytlarda açıqlıq səviyyəsinin 30% təşkil etdiyini vurğulayıb: “Ümumilikdə Azərbaycanda məhkəmələrdə açıqlıq səviyyəsi 30 faiz təşkil edir. Yerləşdirilən informasiyaların hamısı eyni parametr üzrə olan informasiyalardır. Məsələn, bütün məhkəmələrin saytlarında ümumi məzmunlu informasiyalara yer verilib. Amma elektron şikayət göndərilməsi, elektron sorğu göndərilməsi kimi xidmətlər demək olar ki, saytların əksəriyyətində yoxdur”. Monitorinqin yekununa görə, Azərbaycanda parametrlər üzrə, ən şəffaf olan Şəki Apellyasiya Məhkəməsinin saytıdır və göstəricisi 37 %-ə yaxındır. Bakı və Sumqayıt Apellyasiya məhkəmələrinin saytları üzrə bu göstərici 36%-dir. Sonrakı yerlərdə isə Ali və Konstitusiya məhkəmələrinin saytları gəlir. Qeyd olunub ki, hazırlanan hesabat bütün məhkəmələrin ünvanlarına göndəriləcək. Geri dön |