Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının mənzil qərargahı Dijon şəhərinə köçürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının mənzil qərargahı Dijon şəhərinə köçürülüb

Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının mənzil qərargahı Dijon şəhərinə köçürülüb


Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OİV) mənzil qərargahı Parisdən Dijona köçürülüb

OİV-ə üzv olan 48 dövlət Fransanın təşkilatın mənzil qərargahının Dijon şəhərinə köçürülməsi ilə bağlı təklifinə müsbət cavab veriblər. OİV-in prezidenti Luci Moio, Fransanın dövlət katibi Jan-Batist Lömuan, Dijon şəhərini merinin, eləcə də təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə Dijonun OİV-in yeni mənzil qərargahı olması təsdiqlənib.

Tədbirdə Azərbaycanı Fransadakı səfirliyimizin II katibi Suliddin Məmmədov təmsil edib. O bildirib ki, ölkəmizdə üzümçülük və şərabçılığın inkişafı əsas məqsədlərimizdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə xüsusi önəm verir və respublikamızda üzümçülüyün inkişafına dair dövlət proqramı qəbul olunub. Bu baxımdan Azərbaycan OİV ilə əməkdaşlıqda maraqlıdır.

OİV üzüm, şərab, şərab əsaslı içkilər, süfrə üzümləri, kişmiş və üzümdən hazırlanan digər məhsullar sahəsində ixtisaslaşçış elmi-texniki xarakterli hökumətlərarası qurumdur.

Burqundiya regionunun paytaxtı Dijonda OİV-in katibliyinin yaradılması 2022-ci ilin sentyabr ayına planlaşdırılıb. Bu məqsədlə OİV mənzil qərargahının yerləşəcəyi “Bouchu d'Esterno” otelində təmir işlərinə başlanılacaq.

Geri dön