Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Salyanda ilin 9 ayı üzrə 36 min tondan çox tərəvəz məhsulu tədarük edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Salyanda ilin 9 ayı üzrə 36 min tondan çox tərəvəz məhsulu tədarük edilib

Salyanda ilin 9 ayı üzrə 36 min tondan çox tərəvəz məhsulu tədarük edilib


Salyanda kənd təsərrüfatının əsas sahələrindən olan tərəvəzçilikdə uğurlu göstəricilər əldə olunub. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər ötən illə müqayisədə sahələrdən daha çox məhsul tədarük ediblər.

Salyan rayon Statistika İdarəsindən bildirilib ki, rayon üzrə cari ildə 1501,2 hektar tərəvəz bitkiləri əkilib və sahələrdən 36343,8 ton məhsul toplanılıb. Bu da keçən ilin eyni dövü ilə müqayisədə 64,9 ton və ya 0,2 faiz çox məhsul tədarükü deməkdir. Ayrı ayrılıqda tərəvəz bitkiləri üzrə məhsulu göstəricisi 11,0 ton yaşıl lobya, 609,1 ton kələm, 2605.9 bibər, 5718,6 ton xiyar, 737, 2 ton badımcan, 25639,5 ton pomidor, 111,8 ton baş sarımsaq, 535 ton baş soğan, sair tərəvəzlər isə 375,7 ton olub.

Geri dön