Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kulturologiya sahəsində beynəlxalq səviyyədə tanınmış monoqrafiyaların müəllifi - Fuad Məmmədov
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Kulturologiya sahəsində beynəlxalq səviyyədə tanınmış monoqrafiyaların müəllifi - Fuad Məmmədov

Kulturologiya sahəsində beynəlxalq səviyyədə tanınmış monoqrafiyaların müəllifi - Fuad Məmmədov


Fuad Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, “Simurq” beynəlxalq kulturoloji jurnalın (dünya mədəniyyəti və sivilizasiyasının tarix və nəzəriyyə məsələləri) təsisçisi və baş redaktoru, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının vitse-prezidenti, Bakı şəhəri Yasamal rayonunun Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycanın Zadəganlar Məclisinin üzvüdür.

Oktyabrın 28-də tanınmış alim, pedaqoq, maarifçi və ictimai xadim Fuad Teyyub oğlu Məmmədovun anadan olmasının 75 illiyi tamam olur.

Fuad müəllim mədəniyyət haqqında elmin – kulturologiyanın Azərbaycanda yorulmaz tədqiqatçısıdır, 300-dən artıq monoqrafiya, dərs vəsaiti, elmi konsepsiyaların, məqalələrin müəllifi və həmmüəllifidir. Onun kulturologiya və idarəçilik mədəniyyəti sahəsində “Kulturologiya. Nəzəriyyə və tarix məsələləri”, “Kulturologiya effektiv həyat fəaliyyətinə aparan yol kimi”, “İdarəçilik mədəniyyəti. Xarici ölkələrin təcrübəsi”, “Kulturologiya, mədəniyyət, sivilizasiya”, “Simurq. 1990-2015”. Azərbaycanın Mədəniyyət Assosiasiyasının tarixi”, “Kulturologiya və insan inkişafı”, “Kulturologiya: XXI əsrin çağırışlarına cavablar”, “Dünyanı mədəniyyət xilas edəcək” adlı monoqrafiyaları beynəlxalq aləmdə tanınır. Monoqrafiyalarından bəziləri Rusiya, ABŞ, Almaniya, Birləşmiş Krallıq, Yaponiya, Çin, Avstriya, Fransa, Macarıstan, Estoniya və digər ölkələrin dövlət kitabxanalarında, eləcə də BMT, UNESCO, Roma Klubu, ABŞ Konqresinin kitabxanalarında mövcuddur.

Fuad Məmmədovun rəhbərliyi altında Azərbaycanda və xarici ölkələrdə 300-dən artıq kulturoloji seminar, dəyirmi masa, səyyar mühazirə, məruzə, treninq və master-klass, AzTV1-də 200-dən artıq “İdrak” verilişi, “ASAN xidmət”in personalı üçün etik mədəniyyət, xidmət mədəniyyəti və əmək mədəniyyəti üzrə bir çox təlimlər keçirilib.

Alim dünya kulturologiya elmində ilk dəfə Lütfi Zadənin “qeyri-səlis” məntiq nəzəriyyəsindən istifadə etməklə kulturoloji metodologiyanı və elmi prinsiplərini, “kulturoloji piramida” universal metodunu, “mədəni insan”, “mədəniyyətin iki qanadı”, “xoşbəxt ailə”, “mədəniyyətin səmərəliliyi”, “idarəçiliyin səmərəliliyi”, “sosial-mədəni tərəqqinin səmərəliliyi”, “humanitar təhlükəsizlik”, “dövlətin rəqabət qabiliyyəti”, “meritokratik tərbiyə və idarəetmə” kulturoloji formullarını işləyib hazırlayıb. Həmçinin “Mədəniyyətin elmi tərifi”, “mədəni inkişafın amilləri”, “mədəniyyət tam sosial sistem kimi”, “insan kapitalı inkişaf edən sistem kimi”, “universal mədəni identiklik” kulturoloji anlayışlarını yaradıb.

O, “Azərbaycanda yeni, demokratik mədəniyyətin formalaşdırılmasına dair”, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının, Dünya Mədəniyyəti Beynəlxalq Universitetinin, Beynəlxalq Kulturologiya Mərkəzinin, “Simurq” beynəlxalq kulturoloji jurnalın (dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi), “İnsan kapitalının inkişafı” mərkəzi, “Zəka” QHT Assosiasiyasının, “Qloballaşma şəraitində Azərbaycan Respublikasının davamlı və təhlükəsiz inkişafı”, “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasına təkliflər, “Kulturologiya elmi imkanlarının dövlət və beynəlxalq idarəetmədə praktiki istifadəsi haqqında”, “Qlobal kulturologiya üzrə UNESCO-nun şəbəkə kafedrası”, “Azərbaycan Respublikasında kulturoloji islahatlar”, “Yüksək mədəniyyətli azərbaycanlı” və digər kulturoloji konsepsiyalar, layihələr və modellərin müəllifidir.

Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Belçika, Cənubi Koreya, Tailand, Misir, Yunanıstan, Türkiyə, İran, Kosta-Rika, Hindistan, Rumıniya, Macarıstan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdə beynəlxalq forumlarda, universitetlərdə, cəmiyyətlərdə və səfirliklərdə məruzələr, ustad dərslər formasında çıxışlar edib, Azərbaycan elmini və mədəniyyətini layiqincə təmsil edib. Fuad müəllimin 1991-ci ildə Kosta-Rikadakı çıxışlarının nəticəsində bu ölkə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.

BMT-də keçirilən minillik üzrə beynəlxalq konfransın plenar iclasında çıxış edib (2000-ci il). Onun “İnsanların beynəlxalq mədəni eyniliyinin formalaşmasına kömək haqqında” təklif edilmiş baza prinsipi UNESCO-nun 2016-ci il humanitar təhlükəsizlik üzrə Kazan Bəyannaməsinə daxil edilib.

Azərbaycan və dünya kulturologiya elminə verdiyi töhfəyə görə professor Fuad Məmmədov Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü (2021), Qlobal Tədqiqatlar Beynəlxalq Akademiyasının (2018), Dünya Söz Akademiyasının (2018), “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının (2013), Pedaqoji və Sosial Elmlər Beynəlxalq Akademiyasının (2004), “İntellektual inkişaf problemləri” Beynəlxalq Elmlər Akademiyasının (2002) həqiqi üzvü seçilib.

Geri dön