Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Güney Azərbaycan türklərinin haqqı verilməlidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Güney Azərbaycan türklərinin haqqı verilməlidir”

Fərəc Quliyev: “Güney Azərbaycan türklərinin haqqı verilməlidir”


"Günümüzdə müxtəlif baxışlar var və müxtəlif modellər təklif edilir. Ümumilikdə götürəndə isə məsələnin məğzi ondan ibarətdir ki, Güney Azərbaycan türklərinin haqqı verilməlidir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Pişəvərinin rəhbərlik etmiş olduğu Milli Hökumətin yenidən bərpası mümkünlüyü ilə bağlı irəli sürülən təşəbbüslərə nünasibət bildirərkən səsləndirib. Fərəc Quliyev qeyd edib ki, güneyli soydaşlarımızın öz milli haqlarına təmin etməsi üçün bir neçə variant müzakirə edilib

"Birincisi odur ki, Güney Azərbaycanın istiqlalı tanınsın, müstəqil, ayrıca bir dövlət olsun. İkinci təkliflərdəndən biri ondan ibarətdir ki, müstəqil dövlət olub Azərbaycan dövləti ilə birləşsin. Digər bir müzakirə mövzusu ondan ibarətdir ki, İran özü Azərbaycan türklərinə məxsusdur və onların da haqlarə təmin edilsin". Fərəc Quliyev onu da vurğulayıb ki, o istiqlalçı kəsimi dəstəkləyən biridir və hesab edir ki, Gümey Azərbaycan öz müstəqilliyini almalıdır. İranda yaşayan başqa millətlərin də orada müəyyən haqları var və onlar da öz haqlarını almalıdır. Gələcəkdə isə azərbaycanlıların birləşməsi təmin oluna bilər. Bu modelin içərisində Pişəvəri hakimiyyəti dönəmində baş vermiş prosesin, idarəetmənin bərpası söhbətləri gedirsə, hesab edirəm ki, bu bir az real deyil. Nə üçün? Çünki hazırda ordakı şərtlər fərqlidir. Ümumilikdə həmin hərəkatın orada belə bir hakimiyyət qurmaq ehtimalları mümkündürmü? Yaxud mühacirət hakimiyyəti qurula bilər. Bəlkə kənarda müxtəlif aspektlərlə məsələyə yanaşanda müəyyən məsləhətləşmələr edə bilərlər". Fərəc Quliyev hesab edir ki, bütün halda koordinasiya edilmiş bir qurum olmalıdır və sadalanan bütün təkliflər içərisindən ortaq məxrəc tapılmalıdır: "Mən irəli sürülən təşəbbüsə də sayğı ilə yanaşıram. Pişəvəri hakimiyyəti orada Azərbaycan türklərinin ən son qurmuş olduğu dövlət olub. Biz bir əsrdə dörd dəfə orada hakimiyyət qurmağa nail olmuşuq. Düzdür, bunlardan yarımçıq olanı da olub və prosesin sona qədər çatmayanları da olub. Ancaq Pişəvəri hakimiyyəti faktiki olaraq özünün bütün atributları ilə bərabər qurulmuş qurum olub. Qeyd etdiyim kimi müzakirə mövzusudur və bu fikrə də sayğı ilə yanaşıram".

Geri dön