Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Natiq Miri:”İran Xəzər məsələsində cığallıq edir”- Müsahibə
Natiq Miri:”İran Xəzər məsələsində cığallıq edir”- Müsahibə |
Növbəti müsahibimiz, Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış siyasi şərhçi Natiq Miridir.
- İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu günlərdə jurnalistlərə açıqlamasında bildirib ki, 3-cü ölkə razılıq olmadan Xəzər dənizinə daxil ola bilməz. Sizcə, İran bununla nə demək istəyir? - İran rəsmisinin yanaşması doğru deyil və daha çox İranın mənafeyinə uyğundur. Əvvəla, 1940 müqaviləsi İranın SSRİ (Şurəvi) ilə bağladığı müqavilədir. 1991-ci ildə SSRİ dağıldıqdan sonra bu müqavilə öz təsirini itirmişdir. Rusiya nə qədər SSRİ-nin varisi elan olunsa da, ittifaq deyiləcək subyekt hüquqi olaraq mövcud deyil. İndi yeni şərait yaranıb ki, bunun da müqabilində Xəzər hövzəsində daha 3 dövlət yaranıb. Ona görə də yeni hüquqi şəraitə uyğun yeni də müqavilə olmalıdır. - Bəs, İran nədən narazıdır? - Yeni şərtlər isə İranı qane etmir. Çünki beynəlxalq hüquqa görə Xəzər sahilində yerləşən hər bir ölkə Xəzərlə sərhədləri qədər olan ərazi nisbətində dənizin üstü və təkindən istifadə edə bilər. Bu isə İran 20 faizdən az olduğu üçün cığallıq edir. Və Xəzərin bərabər bölünməsini istəyir. - Burada başqa səbəblər rol oynayırmı? - Başqa tərəfdən İran və Rusiya Xəzər hövzəsinə kənar güclərin müdaxiləsini istəmirlər. Xüsusilə də transxəzər qaz layihəsinin çəkilməsinə birmənalı əngəl olmağa çalışır və qonşu ölkələri təhdid etməkdən belə çəkinmirlər. Ona görə də razılaşdırılmış 70 faiz məqamlar əhəmiyyətsiz məqamlardır. Əsas olan Xəzərin statusunun (saxlanılması) beynəlxalq hüquqa görə müəyyənləşdirilməsidir ki, bu yöndə də heç bir irəliləyiş və anlaşma yoxdur. Və yaxın gələcəkdə də bu perspektiv görsənmir. Söhbətləşdi: Elnur Eltürk Geri dön |