Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ olub

Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ olub


Noyabrın 1-də yerli vaxtla saat 6:14 dəqiqədə Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib. Yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın şərqində yerləşən prefekturalarda hiss olunub.

İbaraki prefekturasının yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, ərazidə yerləşən “Tokay-2” AES-də ştatdankənar vəziyyət qeydə alınmayıb.

Geri dön