Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyada koronavirus pandemiyasına görə intihar hallarının sayı son 11 ildə ilk dəfə artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Yaponiyada koronavirus pandemiyasına görə intihar hallarının sayı son 11 ildə ilk dəfə artıb

Yaponiyada koronavirus pandemiyasına görə intihar hallarının sayı son 11 ildə ilk dəfə artıb


Yaponiyada 2020-ci ildə intihar hallarının sayı son 11 ildə koronovirus pandemiyasının yaratdığı problemlərə görə ilk dəfə artıb.

Bu barədə noyabrın 2-də Nazirlər Kabinetinin təsdiq etdiyi hesabatda bildirilib.

Sənəddə qeyd edilir ki, ötən il ölkə üzrə 21 mindən çox insan həyatına qəsd edib. Bu əvvəlki illə müqayisədə 912 nəfər çoxdur. İntihar edənlər arasında işləyən qadınların böyük üstünlük təşkil etdiyi xüsusi vurğulanır. Onların əksəriyyətinin hökumət tərəfindən tətbiq edilən karantin məhdudiyyətlərinə görə ixtisar nəticəsində iş yerlərini itirənlər olduğu bildirilir.

Əlavə olaraq qeyd edək ki, 2019-cu ildə Yaponiyada bu statistikanın aparılmağa başladığı 1978-ci ildən bəri ən az intihar halı qeydə alınıb. Özünə qəsd edənlərin sayı son 10 ildə ardıcıl şəkildə azaldığı halda, koronavirus pandemiyası bu müsbət tendensiyaya son qoyub.

Geri dön