Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Ümumrespublika hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ümumrespublika hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb |
“LİBRAF” Kitab Evində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Rəşadətlə yaşayanlar - Ölümü fəth edənlər” adlı ümumrespublika hekayə müsabiqəsinin yekun mərhələsi keçirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müsabiqəyə təqdim olunan hekayələrdən 25-i münsiflər tərəfindən seçilərək “Ölümü fəth edənlər” adlı kitaba daxil edilib. Kitab “Təhsil” nəşriyyatında çap olunub. Kitabın ideya müəllifi Zahira Dadaşova, redaktoru uşaq yazarı Sevinc Nuruqızıdır. Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək, kitabxananın hərb və vətənpərvərlik mövzusunda səmərəli silsilə tədbir və layihələrə imza atdığını söyləyib. Müsabiqəyə təqdim olunan hekayələr haqqında danışarkən Ş.Qəmbərova qeyd edib ki, onların hər biri vətənpərvər ruhda yazılıb. Bildirib ki, yalnız Vətəni müqəddəs sayaraq canından keçməyi bacaran qəhrəmanlar xalqın şəhidi olur. “Ünvansız məktub”, “Şəhid qardaşım” hekayələrində şəhidlik zirvəsinə ucalan övladların şücaəti, oğul itkisinə mətanətlə dözən anaların dəyanəti göstərilir. “Ölməzliyə qovuşan Cəbrayıl” və “Biri vardı, bir yox…” hekayələrində isə uşaqlar şəhidlərin heç vaxt unudulmadıqlarını vurğulamağa çalışıblar. Tədbirdə çıxış edən uşaq yazıçısı Zahid Xəlil müsabiqənin əhəmiyyətini vurğulayaraq bildirib ki, hər bir insan yurduna sadiq və layiqli vətəndaş olması üçün əlindən gələni etməlidir. Hamı Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıdır. Qeyd edib ki, yurdumuzda gözü olan düşməni qəlbimizdə daşıdığımız Vətənə məhəbbət atəşi ilə yandırıb məhv etməliyik. Tədbirin sonunda müsabiqə qaliblərinə Xarıbülbül döş nişanı, diplom və kitablar hədiyyə edilib. Geri dön |