Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marneulidə 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunan bilik yarışı keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Marneulidə 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunan bilik yarışı keçirilib

Marneulidə 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunan bilik yarışı keçirilib


Gürcüstanın Marneuli rayonunda 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” bilik yarışı keçirilib.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) təşkil olunan intellektual yarışmada Marneulinin 15 ictimai məktəbinin şagirdləri və GAİM-in gəncləri iştirak ediblər.

Tədbir çərçivəsində GAİM-in foyesində Şuşa qalası, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi, Ağdamın Çay evi, Qarabağın digər tarixi və mədəni abidələrinin maketləri sərgilənib.

Sərgidə Qələbənin simvolu olan xarıbülbülün maketi yarış iştirakçıları və qonaqların böyük marağına səbəb olub.

GAİM-in icraçı direktoru Orxan Pirverdiyev tədbiri açdıqdan sonra 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

O.Pirverdiyev Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsinin tarixi əhəmiyyətindən danışıb. O, bu yarışmanın gənclərin və məktəblilərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını qeyd edib.

Komandalar Qarabağın tarixi və mədəniyyəti ilə bağlı sualları cavablandırıblar.

Yarışda I yeri Təkəli kənd orta məktəbi, II yeri Marneulinin 8 saylı məktəbi, III yeri isə Böyük Muğanlı kənd məktəbinin şagirdləri tutublar.

Qalib komandalara pul mükafatları təqdim olunub.

Geri dön