Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Bu gün Azərbaycanda "Qiyamət" əlamətlərinin olacağına inananlar var imiş...
Bu gün Azərbaycanda "Qiyamət" əlamətlərinin olacağına inananlar var imiş... |
Millət vəkilləri inanmayin deyir, amma sənət adamları şam alır
Kimi şam tədarükü görür, kimi son günlərini mənalı keçirməyə çalışır, kimi də gizlənəcək yer axtarır. 21 dekabr tarixinə, yəni mayyalılara görə dünyanın sonu üçün sığınacaq yerləri hazırlanır. Məsələn, Çində yaşayan Liu Çiyua adlı bir şəxs "Nuhun gəmisi" adlı kürələr hazırlayıb. 14 nəfərlik Hava və su keçirməyən bu kürələrin sunami və fırtına kimi təbii fəlakətlərdə də həyatı xilas edə biləcəyi iddia olunur. Baxmayaraq ki, rəsmi Pekin ölkə vətəndaşlarına müraciət edərək əhali arasında ruh yüksəkliyini azaltma və pessimist fikirlər yaratma cəhdi edənlərin həbs olunacağını açıqlayıb. Artıq Çin polisi ölkə ərazisində dünyanın sonu barədə təbliğat aparan 101 vətəndaşı həbs edib. 21 dekabr tarixi ilə əlaqədar insanlara qorxulu şeylər danışan çinlilər artıq məsuliyyətə cəlb edilib. Rusiyada isə qiyamət gününə inananlar "Stalinin bunkeri"nə sığınmağı düşünür. Əslində bura Taqankadakı soyuq müharibənin muzeyi sayılır. Ruslar hesab edir ki, bu yer bombardmandan hələ də xətərsiz çıxa bilər. Bəziləri isə bu vəziyyətdən istifadə edərək bunkerə 1,5 milyon rubla bilet satır. Qeyd edək ki, bir müddət əvvəl bütün dünyada qiyamətdən salamat çıxacağı hesab olunan iki yer barədə məlumat yayılıb. Həmin yerlər Türkiyənin İzmir şəhəri yaxınlığındakı Şirincə kəndi və Fransanın cənubundakı Buqaraş kəndidir. Artıq Fransa hökuməti Buqaraş kəndinə gedən bütün yolları bağladığı üçün ora insanlar yaxınlaşa bilmir. Polis kəndə gedən yolları bağlasa da, daha öncədən orada otel rezerv etdirənlər az deyil. Araşdırmalara görə, 21 dekabr tarixindən öncə Fransanın cənubuna birtərəfli bilet satışı 41 faiz artıb. Türkiyənin Şirincə kəndinin də 21 dekabrdan salamat qurtulacağı yayılan şayiələr arasında olduğu üçün hazırda İzmirə bilet satışında 30 faizlik artım diqqət çəkir. Kəndlə bağlı qəribə bir inanc da var ki, Şirincəyə bir gəmi gələcək, insanları alıb bir yerə aparacaq. Fransızlardan fərqli olaraq, türklər vəziyyətdən məmnundur. Bu günlərdə kənd turist axınına uğrayıb. Azərbaycanda isə qiyamət günü üçün ən təhlükəsiz yer Şamaxının Qurdtəpə kəndi hesab olunur. Bu açıqlamanı Rusiya astroloqu Aleksandr Vaenra verib. O öz seanslarının birində postsovet coğrafiyasında ən təhlükəsiz yerin məhz bura olduğunu bildirib. Dekabrın 21-də dünyanın dağılacağı haqda fikirlər Azərbaycanda da həyəcan doğurur. Hərçənd sosioloji sorğunun nəticələri göstərir ki, Bakı sakinlərinin 92,4 faizi "dünyanın sonu" deyilən 21 dekabr hadisələrinin baş verəcəyinə inanmır. Qeyd edək ki, dekabrın 21-də (yəni bu gün) dünyanın dağılacağı, qiyamət gününün yetişəcəyi ilə bağlı şayiələrə Azərbaycan insanı üzdə özünü inanmamış kimi göstərsə də, gizli-gizli hazırlıq görənlər az deyil. Mağazalardan, böyük alış-veriş mərkəzlərindən qutu-qutu şam, konservlər, hətta çadırların alınması da bunun tipik nümunəsidir. "Qiyamət günü", "dünyanın dağılması" kimi qeyd olunan məşhur 21 dekabr artıq yetişib. Bu günlə bağlı bir sıra təşkilatlar paytaxtın müxtəlif ərazilərində aksiya keçirməyi düşünür. Məlumata görə, "Beat Group" "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçərişəhərdə "Başqa gün" adlı aksiya həyata keçirəcək. İdarədən verilən məlumata görə, aksiya zamanı video-mappinq texnologiyasının tətbiqi ilə dünya tarixində qədim mayya xalqının dövründən bu günə qədər "21 dekabr" tarixi ilə bağlı olan maraqlı məqamlar Qoşa Qala Qapısı meydanında yerləşən Arxeologiya və Etnoqrafiya Muzeyinin binasının fasadında canlandırılacaq. Aksiyanın keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini 21 dekabr tarixinə cəlb etməklə, bu günün sadəcə bəşəriyyət tarixində yeni səhərə açılan daha bir gün olmasını vurğulamaq, gənclərin kreativ və maraqlı ideyalarını dəstəkləməkdir. Video-mappinq texnologiyasından, yəni bir və ya bir neçə nöqtədən müxtəlif formalı səthlərin üzərində videoproyeksiyadan istifadə etməklə yaradılan maraqlı və rəngarəng 3D formatlı görüntülərə tamaşa etmək istəyən Bakı şəhərinin sakinləri və qonaqları 21 dekabr 2012-ci il, saat 21:12-də başlanacaq bu maraqlı aksiyaya tamaşa etməyə dəvət edilir. Mətbuatda yayılan məlumata görə, Bolqarıstanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Sofi Marinova 21 dekabra təyin olunmuş konsertini təxirə salıb. Müğənni 21 dekabrı oğlu ilə keçirəcəyini deyib: "Həmin gün oğlum Lorenso ilə olmaq istəyirəm. Qismətimdə ölmək varsa, qoy oğlumun yanında ölüm". Artıq məşhur 21 dekabr yetişib. 21 dekabr gününü yaşayırıq. Maraqlıdır, tanınmış ictimai xadimlər bu günü necə keçirəcək? Söhbətləşdiyimiz respondentlərin əksəriyyəti "Qiyamət günü" söz-söhbətinə inanmadığını bildirdilər. Müsavat Partiyasının başqanı İsa Qəmbər sayta açıqlamasında bildirdi ki, 21 dekabrla bağlı yayılan söz-söhbətə inanmır: "Mən bu xəbərə inanmıram. İstədiyiniz gün mən sizə müsahibə verə bilərəm". İ.Qəmbər qeyd etdi ki, o, 21 dekabr gününü hər zaman olduğu kimi, iş başında keçirəcək. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan hesab edir ki, 21 dekabrda "Qiyamət günü" olmayacaq: "Qiyamət gününə hələ çox vaxt var. Allah-təalanın insanı kamilləşdirməsi üçün hələ qabaqda çox işlər var. Dünyanın sonu olmayacaq və heç kim də buna inanmasın". Ə.Temirxan 21 dekabr gününü hər zaman olduğu kimi, iş başında keçirəcəyini dilə gətirdi. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, Azərbaycan narahatlıqlar gözlənilən cəmiyyətdir: "İnancların çox zəif olduğu, insanların Allahdan başqa daşa, pirə, mayya təqviminə inandığı bir cəmiyyətlərdə insanların ağır xəstəliklər tapmadığına şükür etmək lazımdır. Azərbaycan insanı bu məsələdə üç kateqoriyaya bölünür. Birinci kateqoriya dekabrın 21-də dünyanın dağılacağına inanır, ikincisi, nə axirəti, nə də bu dünyanın gəlişini-gedişini ciddiyə alır, laqeydliklə öz həyatını sürür, üçüncüsü, Allah-təalanın islam inancına görə axirət sisteminə və qiyamətin haqq olduğuna inananlardır. Təbii ki, biz üçüncü meyarı özümüzə aid edirik və hesab edirik ki, ümumiyyətlə, azacıq həyat varlığı haqqında təsəvvürü olan insanlar üçün hər hansı şübhə yeri olmamalıdır ki, qiyamət gününün vaxtını Allahdan başqa heç kim bilmir. Ona görə də, məncə, bu mənasız iddia müəyyən dərəcədə iradəsi zəif olan insanların inana biləcəyi bir şeydir". Millət vəkili Zahid Oruc isə dünyanın sonu ilə bağlı bu günə qədər 4 dəfə bəyanat verildiyini dilə gətirdi. Onun sözlərinə görə, insanların yaddaşı zəif olduğu üçün çox adam bunu xatırlamır. Müsahibimiz kahin Dalay Lamanın da belə bir açıqlama vermədiyini vurğuladı. Deputat daha sonra astroloji biliklərini nümayiş etdirmək üçün bir neçə fakt sadaladı. Ardınca isə 21 dekabr proqnozunu bildirdi: "Bu tarixdə ən uzun gecə olacaq. Kainat və planetdə dəyişikliklər gələcəkdə sunami və zəlzələ ilə nəticələnəcək. Amma digər iddiaları bölüşmürəm". Z.Oruc məsələyə bir qədər də fəlsəfi yanaşdı. Onun dediyinə görə, daxilən qaranlıq olan insanlar 21 dekabrı təlaşla gözləyib: "Onlar üçün hər zaman qaranlıqdır. Cəlil Məmmədquluzadə babamız sağ olsaydı, bu şayiə əsasında hərəkət edənləri ustalıqla qələmə alardı. Əmin edirəm ki, 22 dekabrda da həyat olacaq, onun davamında da". Xalq artisti, tanınmış müğənni Flora Kərimova "Qiyamət günü"nün yaxınlaşmasına hələ çox vaxt qaldığını dilə gətirdi. Onun sözlərinə görə, hər bir hadisə Allahın əlindədir: "İnsana canı verən də Allahdır, canı alan da". F.Kərimova bu günü evində, ailəsi ilə birlikdə keçirəcəyini bildirdi: "Əhali arasında belə söhbət yayılıb ki, guya işıq olmayacaq. Başa düşmürəm, yer üzü qaranlığa qərq olunacaqsa, nazik bir şam dünyanı işıqlandıracaq?". Tanınmış meyxana ustadı Mehman Əhmədli hesab edir ki, bu gün az da olsa, yer üzündə qiyamətin əlamətləri hiss olunacaq: "Ola bilsin ki, bəzi yerlərdə zəlzələ olsun, bəzi ərazilərə güclü yağış yağsın. Artıq qiyamət yaxınlaşıb. Ola bilsin ki, alimlərin gözündən nəsə yayınıb. Bu gün dünyanın sonunun fəsadları hiss olunacaq". Tanınmış telejurnalist İlhamiyyə Rza da qeyd etdi ki, o hər hansı hazırlıq görmür. Müsahibimiz 21 dekabrda - yəni bu gün qiyamətə yox, planetlərin paradı olacağına inanır: "Ehtimal edirəm ki, günəş tutulması, qaranlıq və elektriksiz bir neçə gün yaşamalı ola bilərik. Şam-filan almırıq. Evdə bir neft lampası var". Rəqqasə Fatimə isə 21 dekabr gününə xüsusi hazırlıq gördüyünü dilə gətirdi: " Mən qaranlıqdan çox qorxuram. Ona görə də dekabrın 21-nə tədbirlər görmüşəm. Hətta 3-4 termos, fənər də almışam". Tanınmış müğənni Nura Suri bildirdi ki, bu cür təqvimlər çox olub, lakin heç nə baş verməyib və baş verməyəcək. Məşqçi Şahin Diniyevin sözlərinə görə, qiyamət günü ilə bağlı yayılan şayiələr yalandır: "Bunu bir çox səbəblə əlaqələndirmək olar. Siyasətdən tutmuş psixoloji duruma kimi. Mən belə şeyin olacağına inanmıram və hazırlıq görmək barədə də düşünməmişəm. Belə informasiyaların yayılması bir çox ürək xəstəsi olan insanlara pis təsir göstərir və onların çoxu dünyasını dəyişir. Dediyim kimi, bunu siyasi amillə də əlaqələndirmək olar. Məncə, bu cür hadisələrə inanan insanları sadəcə gülüşlə qarşılamaq lazımdır". Günel CƏLİLOVA. DAVAM.AZ Geri dön |