Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ermənistanın ikibaşlı oyunu davam edir - "sülhə hazırıq, ancaq status da öz yerində…”
Ermənistanın ikibaşlı oyunu davam edir - "sülhə hazırıq, ancaq status da öz yerində…” |
Fərəc Quliyev: “Status, millətlərin öz müqəddəratını təyinetmə ilə bağlı Ermənistan rəsmilərinin gündəmə gətirdikləri prosesi yubatmaq üçün sadə bəhanədir”
Yaxın günlərdə Rusiyanın fəal vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına dair fikirlər gündəmə gəlib. Ancaq biz görürük ki, bunun fonunda Ermənistan rəsmiləri yenə də qondarma “Artsax”dan danışırlar. Azərbaycan, torpaqlarının işğal altında qaldığı 30 il ərzində ermənilərin “artsax müstəqil olmalıdır” tələblərini qəbul etməyib və təbii ki, 44 günlük müharibədəki qələbədən sonra da belədir. Sadəcə olaraq ermənilər yuxarıdan yapışırlar ki, ən aşağını ala bilsinlər. Ermənistan Respublikasının rəhbərləri mətbuat nümayəndələri qarşısında çıxış edərkən tez-tez “artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” fikrini bildirir və köhnə hava ilə “millətlərin müqəddəratını təyinetmə” prinsipindən, Minsk Qrupunun Qarabağın statusu ilə bağlı bəyanatlarından bəhs edirlər. Sovet xəritələri əsasında sərhədlərin müəyyənləşməsinə könülsüz razılıqlarını bildirsələr də, ardınca mütləq bu müəyyənləşmənin Qarabağın statusuna aid olmadığını vurğulayırlar. Aydındır ki, bu cür mövqe ilə sülhə gedən yol ziddiyyət təşkil edir. Ermənistanın bu istiqamətdə ikibaşlı oyun oynadığını iddia edə bilərikmi? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin oyun oynadıqları, səmimi olmadıqları və ikibaşlı siyasət apardıqları aydın görünür: “Görünən budur ki, yenə də kimlərinsə əlində maşa olublar. Bu yaxınlarda maraqlı bir hadisə baş verdi. PKK terror təşkilatının yüksək rəsmisi səmimi bir etiraf etdi. Dedi ki, onlar Türkiyə hökuməti ilə uzun müddət sülh danışıqlarına hazır olublar, ancaq bəzi dövlətlər buna maneçilik törədib. Eyni məsələni Ermənistana da şamil etmək olar. Həmin ölkənin rəhbəri Paşinyan bəlkə də sülhə getməyi ürəkdən istəyir, ancaq hansısa qüvvələr buna imkan vermir. Görünür, münaqişənin uzadılmasında maraqlı olan dairələr bilir ki, sülh razılaşması əldə ediləndən sonra onların bölgədəki mövcudluğuna ehtiyac qalmayacaq. İstəyirlər ki, məsələ saqqız kimi uzansın, ortada da yarımçıq həll qalsın. Təbiidir ki, Paşinyan bunu bəhanə edə, Azərbaycan da qəbul edə bilməz. Ya ermənilər sülh sazişini inzalamalıdır, ya da Azərbaycan sülhə məcburetmə əməliyyatlarını davam etdirə bilər. Birgə Bəyanatda imzası olan ölkə kimi Rusiya bunda maraqlı olmayacaqsa, Azərbaycan həmin sənədin 4-cü bəndində razılaşdırılan müddəanı həyata keçirmək üçün antiterror əməliyyatına start verir və məsələ həllini tapmış olur. Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı məsələ mütləq mənada öz həllini tapmalıdır. Bu məsələ açıq mətnlə onların diqqətinə çatdırılmalıdır. Status, millətlərin öz müqəddəratını təyin etmə ilə bağlı Ermənistan rəsmilərinin gündəmə gətirdikləri prosesi yubatmaq üçün sadə bəhanədir. Məsələni onların qarşısında konkret qoymaq lazımdır ku, Sazişdə üzərlərinə götürdükləri bütün öhdəlikləri həll etsinlər. Bu olmursa, Azərbaycan qaldığı yerdən prosesə davam etməlidir. Real addımlar atmasaq, bu məsələ danışdıqca uzanacaq. Necə ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı məsələdə heç kimə məhəl qoymadan öz sərhədlərimizi bərpa etdik, Sərhəd Qoşunlarımız lazım olan yerdə dayandı. Eyni addımları biz bu məsələ ilə bağlı da atmalıyıq. Əks təqdirdə, Rusiya və ATƏT-in Minsk Qrupunun digər üzvləri bölgədəki mövcudluqlarını saxlamaq üçün həmin sazişin imzalanmasına imkan verməyəcəklər”. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |